Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Hazırda ölkəmizə idxal olunan istənilən heyvan yemləri və əlavələri Azərbaycana idxal olunmamışdan öncə bütün təhlükəsizlik göstəricilərinə görə qeydiyyatdan keçirilməlidir. Əks təqdirdə həmin məhsulların ölkəmizə idxalı qadağandır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində deyib.
"Eyni zamanda, kənd təsərrüfatı sektorunda istifadə olunan bütün yem və yem əlavələri qida təhlükəsizliyi baxımından nəzarətə götürülür ki, həmin məhsullarda hər hansı faktor ortalığa çıxmasın. Ona görə də media nümayəndələrindən xahiş edirəm ki, onlar qida təhlükəsizliyinin bütün mərhələlərində olan nəzarət sistemini gündəlik olaraq işıqlandırsınlar ki, ictimaiyyətdə də bu məsələ ilə bağlı düzgün məlumat olsun", - deyə o diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:18]
Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO
- 16.10.2026 [13:17]
Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb
- 16.10.2026 [13:15]
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb
- 16.10.2026 [13:04]
Əmək Məcəlləsində dəyişiklik edilir
- 16.10.2026 [13:01]
FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var
- 16.10.2026 [12:51]