Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib
Bakı, 16 oktyabr, AZƏRTAC
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Banqkok şəhərinə işgüzar səfəri çərçivəsində “BlackRock” şirkətinin rəhbər heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilir ki, görüş zamanı ölkəmizdə investisiya mühitinin daha da möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər, kapital bazarının dərinləşdirilməsi, həmçinin maliyyələşmə mənbələrinin şaxələndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən nəzərdə tutulan prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda, mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]