Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
Paris, 16 oktyabr, AZƏRTAC
Fransa Milli Assambleyası 2027-ci ildə Avropa İttifaqının (Aİ) büdcəsinə ölkənin 30,91 milyard avro həcmində maliyyə töhfəsini təsdiqləyib. Bu məbləğ 2026-cı illə müqayisədə 8,7 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, Milli Assambleyada səsvermədə 111 deputat təklifin lehinə, 93 deputat isə əleyhinə səs verib. Milli Birlik (RN) və “Əyilməz Fransa” (LFI) partiyalarının büdcənin azaldılmasına yönəlmiş təklifləri qəbul edilməyib.
Müzakirələr zamanı hökumət Fransanın Avropa İttifaqının maliyyələşdirilməsində iştirakının ölkənin Avropa qərarlarına təsir imkanlarını qorumaq və milli maraqlarını müdafiə etmək baxımından əhəmiyyətini vurğulayıb.
Avropa məsələləri üzrə nazirin müavini Benjamən Haddad bildirib ki, Fransa müdafiə, rəqabət qabiliyyəti və sənayenin yenidən inkişafı sahələrində daha iddialı Avropa istəyirsə, İttifaqın maliyyələşdirilməsindəki iştirakını şübhə altına almamalıdır.
Nazir, həmçinin Fransanın Avropa fondlarından ildə 16,4 milyard avro vəsait aldığını, bunun 9,5 milyard avrosunun Ümumi Kənd Təsərrüfatı Siyasəti çərçivəsində ayrıldığını xatırladıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]