Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib
Bakı, 16 oktyabr, AZƏRTAC
Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuşun vəkili Luis Migel Enrike yığmanın hücumçusu Kriştianu Ronaldu ilə çalışdırıcı arasında baş vermiş qalmaqala münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, o, ulduz futbolçunun davranışını sərt tənqid edib.
“Kriştianu öz hərəkətləri, davranışı və müəyyən göstəricilərə aludəçiliyi ilə elə bir nəticəyə nail olub ki, bunu heç bir rəqibi bacarmayıb. Amma Ronaldu getdikcə ətrafına yalnız özünün eşitmək istədiklərini deyən insanları toplayır, eşitməli olduğu həqiqətləri söyləyənlərin sayı isə azalır.
Bu, Tanrıların və avtokratların taleyidir: sonda Olimp dağında, ətraflarında yalnız güzgülər olmaqla, tək qalırlar”, — deyə Enrike “Football Tweet”ə açıqlamasında vurğulayıb.
Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya milli komandasının düşərgəsini qalmaqallı şəkildə tərk edib. O, daha sonra yaydığı bəyanatda baş məşqçi Jorji Jezuşu verdiyi vədə əməl etməməkdə günahlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]