Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
Bakı, 16 oktyabr, AZƏRTAC
ABŞ-nin sutkalıq xam neft istehsalı azalıb.
AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 300 min barel azalaraq sutkada orta hesabla 13 milyon 679 min barel olub.
Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 791 min barel azalaraq sutkalıq 6 milyon 49 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 195 min barel azalaraq gündəlik 4 milyon 570 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 870 min barel, gələn il isə 14 milyon 300 min barel olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]