Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb
Bakı, 16 oktyabr, AZƏRTAC
Qambiyanın Şimal Sahil bölgəsində miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 12 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Qambiya Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, Cinak Kacata sahillərində baş verən hadisə ilə bağlı itkin düşənlərin sayı hələlik məlum deyil. Qəzanın nə vaxt baş verdiyi və qayıqda neçə nəfərin olduğu açıqlanmayıb.
Məlumata görə, miqrantlar Atlantik okeanı marşrutu ilə hərəkət etməyə çalışıblar.
Bildirilib ki, hazırda Qırmızı Xaç könüllüləri hadisədən zərər çəkənlərə psixoloji dəstək göstərir, qurum isə axtarış və digər tədbirlərin əlaqələndirilməsi üçün aidiyyəti orqanlarla əməkdaşlıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]