Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq
Bakı, 16 oktyabr, AZƏRTAC
Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları müəyyənləşib.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmiz yarışda 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunacaq. Ümumilikdə 23 nəfərlik heyətdə 13 idmançı ilə yanaşı, 8 məşqçi, 1 missiya rəhbəri və 1 həkim də yer alacaq.
Azərbaycan idmançıları Oyunlarda aşağıdakı növlər üzrə mübarizə aparacaqlar:
Çimərlik güləşi: Günel Kərimli (55 kiloqram), Tunar Quliyev (70 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Elgün Kərimli (90 kiloqram);
Üzgüçülük: Süleyman İsmayılzadə, Məryəm Cavadova;
Taekvondo: Zəhra İsayeva (44 kiloqram), Adil Kazımlı (73 kiloqram);
Boks: Gülər Hüseynova (51 kiloqram);
Qılıncoynatma: Abbas Hüseynov;
Şose velosipedi: Nihad Xudoyev;
Cüdo: İbrahim Talıbov (55 kiloqram);
Yüngül atletika: Daniil Şuvayev.
Qeyd edək ki, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında rəsmi açılış mərasimi oktyabrın 31-də, bağlanış tədbiri isə noyabrın 13-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]