Azərbaycan əhalisinin sayı açıqlanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 17 min 445 nəfər və ya 0,2 faiz artaraq sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə bu il oktyabrın 1-dək 40 min 520 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 96 min 68 nəfər təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:18]
Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub
- 16.10.2026 [13:17]
Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb
- 16.10.2026 [13:15]
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb
- 16.10.2026 [13:04]
Əmək Məcəlləsində dəyişiklik edilir
- 16.10.2026 [13:01]
FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var
- 16.10.2026 [12:51]