Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır
Paris, 16 oktyabr, AZƏRTAC
Fransanın 170-dən çox kinorejissoru, o cümlədən Jak Odiyar, Jüstin Triye və Emmanuel Marr ölkənin 2027-ci il büdcə layihəsinin milli kinematoqrafiya üçün ciddi təhlükə yaratdığını bildiriblər.
AZƏRTAC xəbər verir ki, rejissorlar “Le Monde” qəzetindəki birgə məqalələrində parlamentariləri Milli Kino və Animasiya Mərkəzinin (CNC) resurslarını qorumağa və ödənişli televiziya xidmətləri üçün güzəştli ƏDV dərəcəsini saxlamağa çağırıblar.
Müraciət müəllifləri 10 faizlik ƏDV-nin ikiqat artırılmasının 2028–2032-ci illərdə 750 milyon avro itkiyə və 400 filmin çəkilməsinin qarşısının alınmasına səbəb olacağını bildiriblər. Həmçinin “France Télévisions”un büdcəsinin 47 milyon avro azaldılması tənqid olunub.
Vurğulanıb ki, 260 min iş yerini təmin edən Fransa kino sənayesini qorumaq üçün mövcud maliyyə modeli saxlanılmalı, süni intellektin istifadəsi hüquqi çərçivəyə salınmalı və xüsusi kino qanunu qəbul edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]