Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 min 404 yeni doğulan körpə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd olunub.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 9,3-dən 8,2-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1902-si əkiz, 69-u isə üçəm doğulub.
Bu ilin səkkiz ayı ərzində ölkədə 40 min 191 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici dəyişməyərək eyni səviyyədə qalıb – 5,9.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:18]
Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO
- 16.10.2026 [13:17]
Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb
- 16.10.2026 [13:15]
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb
- 16.10.2026 [13:04]
Əmək Məcəlləsində dəyişiklik edilir
- 16.10.2026 [13:01]