Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur
Bakı, 16 oktyabr, AZƏRTAC
Bazar dəyəri ən yüksək 30 futbolçu arasında Vinisius Junior karyerası ərzində aldığı qırmızı vərəqələrin sayına görə liderdir.
AZƏRTAC xəbər verir ki, braziliyalı futbolçunun aktivində 5 qırmızı vərəqə var və bunların 4-ü forvarda birbaşa göstərilib.
Hücumçu sonuncu dəfə İspaniya çempionatının VIII turunda “Vilyarreal”la görüşün (1:0) 72-ci dəqiqəsində rəqib futbolçunun saçından dartdığı üçün meydandan qovulub. Epizod qolla nəticələnsə də, VAR müdaxiləsindən sonra qol ləğv edilib və braziliyalı hücumçuya birbaşa qırmızı vərəqə göstərilib. Vinisius bu hadisəyə görə La Liqanın 4 oyununu buraxacaq.
O, diskvalifikasiya səbəbindən El-Klasiko da iştirak edə bilməyəcək. Belə ki, oktyabrın 18-də “Sevilya”, 26-da “Barselona”, noyabrın 1-də “Rasinq” və noyabrın 8-də “Valensiya” ilə oyunlarda meydana çıxmayacaq. Futbolçu meydana noyabrın 22-də “Selta”ya qarşı XIII tur matçında qayıda biləcək.
Qeyd edək ki, Vinisius Junior cari mövsüm La Liqada 8 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]