Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Şəki, 16 oktyabr, AZƏRTAC

Şəki Tarix-Diyarşünaslıq Muzeyinin əsası 1925-ci ildə qoyulub. Zəngin eksponatları ilə seçilən muzey Şəkinin, bölgənin, eləcə də ümumilikdə Azərbaycanın tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında müfəssəl məlumat verir. Mədəniyyət ocağı Şəki Qala divarları daxilində, XIX əsrin ortalarında yerli və Avropa memarlıq elementlərinin sintezi əsasında inşa edilmiş tarixi binada yerləşir. Binada 2022-2024-cü illərdə Dövlət Turizm Agentliyinin sifarişi ilə bərpa və konservasiya işləri həyata keçirilib.

Muzeyin elmi-inventar fondunda 5000-dən artıq maddi-mədəniyyət nümunəsi toplanıb ki, onların da 2000-dən çoxu ziyarətçilərə nümayiş etdirilir. Əsası bir əsr bundan əvvəl böyük Azərbaycan maarifçisi, etnoqrafı, dramaturq və tərcüməçisi, Zaqafqaziya Müəllimlər Seminariyasının ilk azərbaycanlı məzunlarından olan Rəşid bəy Əfəndiyev tərəfindən qoyulan bu məkan nəinki şimal-qərb bölgəsində, eləcə də ölkəmizdə ən zəngin kolleksiyaya malik mədəniyyət müəssisələrindən biri hesab olunur.

AZƏRTAC-ın bölgə müxbiri Şəkinin zəngin keçmişini yaşadan muzeydə olub.

Əsrlərin daşlaşmış yaddaşı

Muzeyin əməkdaşı, bələdçi Nigar Səmədova bildirib ki, tarix-diyarşünaslıq muzeyi dörd müxtəlif sərgi zalından, Şəki rəssamlarının əsərlərinin nümayiş olunduğu qalereyadan, xatirə hədiyyələrinin satıldığı dükan və inzibati hissədən ibarətdir. Burada təkcə Şəkinin deyil, eləcə də Azərbaycan tarixinin bütün dövrlərinə aid eksponatlar, maddi-mədəniyyət nümunələri nümayiş etdirilir.

Muzeyin əməkdaşı, bələdçi Nigar Səmədova bildirir ki, tarix-diyarşünaslıq muzeyi dörd müxtəlif sərgi zalı, Şəki rəssamlarının əsərlərinin nümayiş etdirildiyi qalereya, xatirə əşyalarının satıldığı dükan və inzibati hissədən ibarətdir. Burada tək Şəkinin deyil, bölgənin eləcə də Azərbaycan tarixinin bütün dövrlərinə aid eksponatlar, maddi-mədəniyyət nümunələri nümayiş etdirilir.

Muzeyin birinci sərgi zalında Şəkinin qədim dövrlərdən Qafqaz Albaniyasına, eləcə də orta əsrlərdən Şəki xanlığının süqutuna qədərki maddi-mədəni irsi ətraflı nümayiş etdirilir. Burada sərgilənən 5 müxtəlif nehrə Azərbaycanda nehrənin 9 min il ərzindəki təkamül prosesini izləməyə imkan verir. Bu bölmədə nümayiş etdirilən saxsı qablar unikal formaları, anthropomorf və zoomorf xüsusiyyətləri ilə diqqəti cəlb edir. Xüsusilə, e.ə. I minilliyin əvvəllərinə aid edilən və 2017-ci ildə Küdürlü kəndi yaxınlığındakı Cüyürlü meşəsində tapılan tısbağa formalı saxsı dolça böyük maraq doğurur.

Digər stendlərdə tunc, dəmir və antik dövrlərə aid dekorativ tətbiqi sənət nümunələri və bəzək əşyaları sərgilənir. Zalın mərkəzində VII-VIII əsrlərdə Şəkinin Zəyzid kəndində hazırlanmış 500 kiloqramlıq iri taxıl küpü yer alır.

Sərgi zalının son bölməsi Şəki xanlığının tarixinə həsr olunub. Burada xanlıq ordusunun istifadə etdiyi odlu silahlar və barıt qabları nümayiş etdirilir. Həmçinin XVIII əsrdə keyfiyyətli tüfəng istehsalı ilə tanınan Şəkinin tarixi əlaqələri — Qarabağ xanının vəziri Molla Pənah Vaqifin Şəki xanı Məhəmmədhüseyn xandan şeirlə tüfəng hədiyyə istəməsi və ona qızıl suyu ilə bəzədilmiş tüfəngin bağışlanması barədə məlumatlar, eləcə də Hacı Çələbi xan və digər hökmdarlar haqqında stendlər təqdim olunur.

Mədəniyyət, sənətkarlıq və məişət inciləri

Muzeyin ikinci zalı Şəkinin etnoqrafiyası, mədəniyyəti, sənətkarlıq ənənələri və mətbəxinə həsr edilib. Buradakı stendlərdə atçılıq və dəriişləmə sənətinə aid əşyalar, orta əsr mədrəsələrinə aid qədim əlyazmalar, rəhillər, eləcə də Şəki xanlığı dövrünün tanınmış şəxsiyyətlərinə, o cümlədən Fətəli xan Xoyskinin bacısına aid qəbir daşı nümayiş etdirilir.

Muzeyin üçüncü sərgi zalı öz orijinal arxitekturası ilə seçilən Şəki evlərinə həsr olunub. Bələdçi Nigar Səmədova bildirir ki, bu zalda ənənəvi Şəki evlərinin interyerini bəzəyən dekorativ memarlıq elementləri və məişət əşyaları — şəbəkə pəncərələr, buxarı, güzgü və çıraqlar nümayiş etdirilir. Sərgilənən darvaza nümunəsində isə ənənəvi evlərin bütün memarlıq detalları, xüsusilə "təqqülbab" adlanan dəmir qapı halqaları (zəngləri) öz əksini tapıb.

Dördüncü sərgi zalının mərkəzi hissəsi Azərbaycanda xalçaçılıq sənətinə və xalça toxunuşunda istifadə edilən ənənəvi əmək alətlərinə həsr olunub. Tarixən Azərbaycanda təkəlduz sənətinin mərkəzi sayılan Şəkinin XVIII–XIX əsrlərə aid nəfıs təkəlduz nümunələri də bu zalda sərgilənir.

Ekspozisiyada, həmçinin Şəki və ümumilikdə Azərbaycanın qədim geyim tipləri, qızıl bəzək əşyaları, nəfis kəmərlər, eləcə də tarixi ayaqqabılar və ayaqqabı qəlibləri nümayiş etdirilir.

Xarici və yerli turistlərin təəssüratları

Muzeylə tanışlıq zamanı burada xeyli sayda yerli və xarici qonaqla qarşılaşırıq. Onlardan biri də ABŞ-dən gələn Jaklin Cəmşirdir. Övladları ilə birgə muzeyi gəzən qonaq təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşür: “Əcdadlarım illər əvvəl İrandan ABŞ-yə köç ediblər, bu səbəbdən Azərbaycan mənə heç də yad deyil. Ölkənizlə tanışlıq çox qürurvericidir. Şəki də belə zəngin tarixi məkanlardan biridir. Muzeyə övladlarımla gəldik ki, Azərbaycanın və Şəkinin tarixini daha yaxından öyrənək”.

Milli-mədəni irsə göstərilən diqqət və qayğını, muzeylərin bu səviyyədə qorunub saxlanılmasını yüksək qiymətləndirən J.Cəmşir insanların qonaqpərvərliyini, Şəki mətbəxinin zənginliyini xüsusi vurğulayıb və növbəti illərdə ölkəmizə bir daha səfər edəcəklərini deyib.

Muzeyin digər zallarında Mingəcevirdən gələn Fərid Məlikov və Qəbələdən övladları ilə ziyarətə gəlmiş Vüsalə Kazımova da təəssüratlarını bölüşüblər.

Müsahiblər bərpa və konservasiyadan sonra muzeyin yüksək zövqlə tərtib olunduğunu, təkcə Şəki deyil, bütünlüklə Azərbaycan tarixinə dair zəngin məlumatların təqdim edildiyini vurğulayıblar.

Muzey əməkdaşları bildirirlər ki, Şəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları Efiopiya, Madaqaskar, İordaniya və Pakistanda keçirilən beynəlxalq sərgilərdə nümayiş olunub. Müəssisə, həmçinin Tümen vilayətinin Xantı-Mansiysk şəhərində yerləşən "Çelovek i priroda" muzeyi ilə sıx əməkdaşlıq edir.

Bir əsrlik tarixi, zəngin eksponatları və yenilənmiş siması ilə Şəki Tarix-Diyarşünaslıq Muzeyi bu gün də keçmişlə gələcək arasında körpü yaradaraq minlərlə ziyarətçiyə Azərbaycanın şanlı keçmişini qürurla təqdim etməkdə davam edir.

Müxbir - Rasim İslamoğlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH