Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2026-2027-ci tədris ilində hazırlıq qruplarında təhsil alan əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Ekskursiya tələbələri BDU-nun tarixi, akademik mühiti, infrastrukturu və daxili qaydaları ilə yaxından tanış etmək, onların ali məktəb mühitinə uyğunlaşmasına dəstək məqsədi daşıyıb.
Tələbələr universitetin muzeylərini və kitabxanasını ziyarət ediblər. Onlara BDU-nun tarixi, ənənələri və fəaliyyəti, daxili intizam qaydaları, tələbə həyatı və mövcud imkanları barədə məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.