TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
Bakı, 16 oktyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasında Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edib.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və s. ilə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması üçün müvafiq göstərişlər verilib.