218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
Bakı, 16 oktyabr, AZƏRTAC
Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin “Quşçuluq” yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən metronun "Əhmədli" stansiyasından bu mənətəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, marşrut xəttində ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.
Avtobuslar saat 06:00-dan 23:00-dək 12-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,80 AZN müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]