Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da 1997-ci il aprelin 10-da “Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan “N” hərbi hissəsinin kəşfiyyat qrupunun üzvlərinin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əfsanəvi kəşfiyyat qrupunun üzvləri – leytenantlar Elxan Ataxan oğlu Ağayev və Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuşlar Anar Üzeyir oğlu Rzayev, Dinar İbrahim oğlu Mustafayev, Aqşin Əli oğlu Həsənov, Nizami Səfi oğlu Ələkbərov və Fariz Şamil oğlu Cavadovun xatirəsinə həsr olunan tədbirdə iştirakçılar Hərbi Memorial Məzarlığı ziyarət edib, şəhid kəşfiyyatçıların məzarları üzərinə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edənlər kəşfiyyat qrupunun üzvlərinin göstərdikləri misilsiz qəhrəmanlıqdan, Vətənə sədaqətlərindən və döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdikləri fədakarlıqdan danışıblar. Qeyd olunub ki, düşmənin mühasirəsində son mərmiyə qədər döyüşən, əsir düşməmək üçün həyatlarını qurban verən kəşfiyyatçıların şücaəti Azərbaycanın hərb tarixində xüsusi yer tutur. Onların döyüş yolu bu gün də gənc hərbçilər üçün cəsarət, iradə və Vətənə bağlılıq nümunəsidir.

Çıxışlarda şəhidlərin xatirəsinin yaşadılmasının, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, şəhidlərin ailələri və döyüş yoldaşları illərdir onların əziz xatirəsini yaşadır, hər il şəhid olduqları və dəfn edildikləri günlərdə bir araya gələrək məzarlarını ziyarət edirlər. İşğaldan azad olunmuş ərazilərdə də şəhidlərin döyüş yolunun izlərinin qorunub saxlanılması və xatirələrinin əbədiləşdirilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edilib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması şəhidlərin uğrunda canlarından keçdikləri müqəddəs amalın gerçəkləşməsidir. Onların qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq, Vətən uğrunda fədakarlığın parlaq nümunəsi kimi xatırlanacaq.

Polkovnik Xətai Baxışov: Onlar son mərmiyə qədər döyüşüblər

Ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordenli Xətai Baxışov bildirib ki, 1997-ci ildə xüsusi təyinatlı qrup qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün Xocavənd rayonunda düşmənin arxasına keçib. Tapşırığı icra etdikdən sonra düşmən tərəfindən aşkar olunan hərbçilər üç gün, üç gecə mühasirədən çıxmağa çalışıblar. Lakin yenidən mühasirəyə düşərək son mərmiyə qədər döyüşüblər.

O qeyd edib ki, həmin döyüşləri komandir kimi izləyib, kəşfiyyatçıların düşmənə ciddi itkilər verdiyinin və onların hərbi texnikasına zərər vurduğunun şahidi olub.

Xətai Baxışovun sözlərinə görə, sursatları tükəndikdən sonra əsir düşməmək üçün qrup üzvləri özlərini partlatmaq qərarına gəliblər: “Bu, dünyada analoqu olmayan bir hadisə idi. Yeddi nəfər şəhid olub. Kəşfiyyatçılardan Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Ermənilər şəhidlərimizin bu şücaətini öz əsgərlərinə nümunə göstərmək üçün Cəbrayılın Daşkəsən kəndində yerləşən hərbi hissələrinin yaxınlığındakı təpədə dəfn ediblər”.

O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev şəhid kəşfiyyatçıların qəhrəmanlığını yüksək qiymətləndirərək, onları ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.

Xətai Baxışov bildirib ki, şəhidlərin nəşləri altı aydan sonra erməni nəşləri ilə dəyişdirilərək ailələrinə təhvil verilib. Qəhrəmanların nəşləri 1997-ci il oktyabrın 16-da Hərbi Memorial Məzarlıqda adlarına layiq şəkildə torpağa tapşırılıb. Ermənilərin qondarma məhkəməsinin ölüm hökmü verdiyi Aqil Əhmədov isə üç erməni ilə dəyişdirilərək 1 il 11 aydan sonra - 1999-cu il martın 10-da əsirlikdən azad edilib: “Onlara “Məşhur qəhrəman 7-lər” deyirlər. Biz Aqili də onlardan ayırmırıq. O, yaşayan şəhid və birinci qrup Qarabağ əlilidir. Aqil hələ də həmin əməliyyatın yadigarı olan qəlpəni üzərində gəzdirir”.

Polkovnik qeyd edib ki, şəhidlərin xatirəsi ildə iki dəfə – aprelin 10-da və oktyabrın 16-da yad edilir. Torpaqlarımız işğaldan azad edildikdən sonra şəhid ailələri və döyüş yoldaşları onların Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında – Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində özlərini partlatdıqları yeri də ziyarət ediblər. Orada bulaq tikilib və xatirə lövhəsi quraşdırılıb, hər il həmin yerə ziyarətlər təşkil olunur.

Elza Yarəhmədova: Vüqar əsgərlərinin hər şeylə təmin olunmasını istəyirdi

Şəhid leytenant Vüqar Yarəhmədovun anası Elza Yarəhmədova oğlunun uşaqlıq və gənclik illərindən, hərbçi peşəsinə olan sevgisindən danışıb.

O bildirib ki, Vüqar səmimi, mehriban və ünsiyyətcil uşaq olub. Ailəsi ilə bir müddət Türkmənistanda yaşayıb, 1988-ci ildə Azərbaycana qayıtdıqdan sonra Vüqar təhsilini Bakıdakı 59 nömrəli orta məktəbdə davam etdirib. O, uşaqlıqdan zabit olmaq istədiyini deyirmiş: “Burada babasının – yəni mənim atamın da rolu olub. O, İkinci Dünya müharibəsində - 1941-1945-ci illərdə kəşfiyyatçı kimi döyüşüb”.

Anasının sözlərinə görə, indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan Vüqar ikinci kursdan təhsilini Rusiyanın Ryazan şəhərində davam etdirmək şansı qazanan 30 nəfərdən biri olub. 1996-cı ilin avqustunda Azərbaycana qayıdaraq, xüsusi təyinatlı hərbi hissələrdən birində xidmətini davam etdirib.

“Mənə cəbhə bölgəsinə getdiyini demirdi, Şamaxıya getdiyini, orada gecə uçuşları və paraşütlə tullanma təlimləri keçdiklərini söyləyirdi. Həmişə məndən əsgərləri üçün çoxlu suxari hazırlamağımı və başqa ərzaqlar, əşyalar verməyimi istəyirdi. Atasına da deyirdi ki, əsgərlərin diş fırçasından tutmuş digər zəruri ləvazimatlarına qədər hər şeyi olmalıdır. Mənim əsgərlərim təmin olunmalıdırlar”, – deyə ana xatırlayıb.

Elza Yarəhmədova qeyd edib ki, oğlunun cəbhə bölgəsindəki əməliyyatlarda iştirak etdiyini sonradan öyrənib: “Onu sonuncu dəfə 1997-ci il martın 30-da gördük. Tabeliyində olan əsgərlərə xeyli bayram şirniyyatı apardı. Mən aprelin 10-da cərrahi əməliyyat keçirdim. Xəstəxana palatasında yeganə oğlumdan soraq gözləyirdim. Vüqardan səs çıxmaması məni narahat edirdi. Çünki o, mənim əməliyyatda olduğumu bilirdi. Xarakterinə bələd idim, o, laqeyd övlad deyildi. Vüqarı axtaranda bizə onun təlimdə olduğunu dedilər. Sən demə, mən əməliyyatda olanda oğlum özünü partladaraq şəhid olubmuş...”

Vüqarın aprelin 10-da baş verən döyüşlərdə şəhid olması barədə ailəsinə dərhal məlumat verilməyib. Bir müddət oğlunun taleyindən xəbər gözləyən ana onun əsir düşə biləcəyi ilə bağlı məlumatlar əsasında axtarışlarını davam etdirib.

O, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə təqdim olunan fotoşəkillərdən oğlunu tanıdığını, onun şəhid olması xəbərini dəqiqləşdirdiyini bildirib. Sonradan Aqil Əhmədovun əsirlikdən qayıtması ailəyə döyüşdə baş verənləri öyrənmək imkanı verib.

Şəhid anası oğlunun döyüşərək şəhadətə ucaldığı əraziyə səfərini də kövrəkliklə xatırlayıb. Bildirib ki, həmin torpaqlara ayaq basmaq onun üçün çox ağır olub: “Ayağımı haraya qoyacağımı, haraya addım atacağımı bilmədim. Elə bildim, onların ruhunu incidəcəyəm”.

Aqil Əhmədov: Onların qəhrəmanlığı ordumuz üçün örnəyə çevrildi

Əməliyyatdan sağ çıxan, kəşfiyyat qrupunun baş çavuşu Aqil Əhmədov 29 ildir ki, döyüş yoldaşlarının anım tədbirlərində iştirak etdiyini təəssüflə qeyd edib.

O vurğulayıb ki, döyüş yoldaşlarının qəhrəmanlığı Azərbaycan Ordusunda xidmət edən hərbçilər üçün bir məktəb, örnək olub.

Aqil Əhmədov torpaqlarımızın işğaldan azad olunmasının şəhidlərin ruhunu şad etdiyini bildirib və bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Müxbir – Göyçək Mahmudlu
Videooperator – Mirrəsul Cəfərov

 

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şossesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Aİ liderləri yüksək enerji qiymətlərinə qarşı təcili tədbirlər görülməsini istəyirlər

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycanın da ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının rəsmi brendi təqdim olunub

Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim – qürur mənbəyimdir”

Naxçıvan FHN-in xüsusi təyinatlı texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir