SİYASƏT


Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Moldovadakı səfirliyində seçki məntəqəsi yaradılıb

Kişineu, 16 mart, AZƏRTAC

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində seçki məntəqəsi yaradılıb.

Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 40 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb.

Məntəqədə səfirliyin əməkdaşları ilə yanaşı, Moldovada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Kişineuda səfərdə olacaq və xidməti vəzifələrini icra edəcək vətəndaşlar səs verə biləcəklər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.