Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Amerikanın İran sanksiyaları və Cənub Qaz Dəhlizi: Azərbaycan regionun iqtisadi və geosiyasi lideri kimi

Amerikanın İran sanksiyaları və Cənub Qaz Dəhlizi: Azərbaycan regionun iqtisadi və geosiyasi lideri kimi

Rəsmi Vaşinqtonun İrana qarşı sanksiyalar bərpa etməsinin əks-sədası davam edir. Bir sıra böyük dövlətlər, o cümlədən Avropa İttifaqı ölkələri çətin vəziyyətlə üz-üzə qalıblar. Hazırda supergüclər arasında bu sanksiyalarla bağlı müzakirələr davam edir. Avropanın bir sıra şirkətləri İranı tərk edirlər. Bəziləri isə bütün risklərə rəğmən, orada qalırlar. Rusiya ənənəvi olaraq bu sanksiyalara qoşulmur. Türkiyə-ABŞ münasibətlərində də İrana qarşı sanksiyalar daha təsirli rol oynamağa başlayır. Bütövlükdə Yaxın Şərq bu addımın ciddi təsiri altında düşməkdədir. Və bu, yalnız iqtisadi sahə ilə məhdudlaşmır. İndi ekspertlər təhlükəsizlik istiqamətində də gözlənilməz addımların ola biləcəyini istisna etmirlər. Bir sıra mətbu nəşrlər bu bağlılıqda İsrailin Baş naziri Benyamin Netanyahunun gizli surətdə Misirə gələrək dövlət başçısı Əbdülfəttah əl-Sisi ilə görüşməsini vurğulayırlar. Bütün bu proseslərin fonunda Amerika Prezidenti Donald Trampın xüsusi qeydlə Cənub Qaz Dəhlizini sanksiyalardan kənarda saxlaması son dərəcə ciddi əhəmiyyət kəsb edən tarixi hadisədir. Mütəxəssislər bunun iqtisadi, siyasi, geosiyasi və təhlükəsizlik aspektlərini analiz edir, müəyyən proqnozlar verirlər. Biz məsələnin bu aspekti üzərində geniş dayanmağı lazım bildik.

İrana qarşı: Amerika yeni müharibəyə başlayıb

ABŞ-ın avqustun 6-da İranın nüvə proqramına dair beynəlxalq sazişdən - Hərtərəfli Birgə Fəaliyyət Planından (HBFP) çıxması ilə əlaqədar Tehrana qarşı sanksiyaları bərpa etməsi bütün dünyanı silkələməkdədir. Bu addım demək olar ki, bütün ölkələrin iqtisadiyyatına təsir edir. İlk növbədə, Avropa İttifaqı, Yaxın Şərq, Rusiya və Çinin iqtisadiyyatı üçün yeni şərait meydana çıxır. Sanksiyaların birinci hissəsində İran avtomobil sənayesinə, qızıl və digər qiymətli metallara, alüminium və polada, qrafit və kömür alqı-satqısına, eləcə də İranın ABŞ-a ixrac etdiyi xalça və ərzaq məhsullarına qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tutulub. Noyabrın 4-də başlayacaq ikinci mərhələdə isə İranın energetika sənayesi, neft sazişləri, habelə İran Mərkəzi Bankı ilə tranzaksiyalar hədəfə alınacaq.

Maraqlıdır ki, Vaşinqton yuxarıda vurğulanan saziş imzalanana qədər olan sanksiyalardan daha güclü məhdudlaşdırıcı tədbirlər həyata keçirməyi planlaşdırır. Burada başlıca məqsədin İranın neft gəlirlərini sıfıra endirməkdən ibarət olduğu ayrıca qeyd edilir. Bunlar o deməkdir ki, Amerika İrana qarşı əsl iqtisadi müharibə aparmaq fikrindədir. Prezident Donald Tramp da bəyanatlarında mövqeyinin çox ciddi olduğunu ifadə edir. Belə təəssürat yaranır ki, ABŞ rəhbərliyi qəti şəkildə antiiran kursunu yeritmək niyyətindədir.

Mütəxəssislər bu kimi məqamları vurğulamaqla dünyada vəziyyətin çox gərgin olduğunu ifadə etməyə çalışırlar. Doğrudan da, indi Avropa, Yaxın Şərq ölkələri tutacaqları mövqenin üzərində düşünürlər. Xüsusilə Aİ üzvləri İranla münasibətlərin yenidən necə qurula biləcəyi üzərində baş sındırırlar. Tehranın onlardan gözləntiləri az deyil. İran Prezidenti Həsən Ruhani bəyan edib ki, Avropa proseslərə qəti münasibətini bildirməlidir. Ancaq hələlik konkret bir nəticə yoxdur.

Rusiyanın mövqeyi aydındır. Rəsmi Moskva İrana qarşı sanksiyalara qoşulmur. Türkiyə faktoru ekspertlərin daha çox marağına səbəb olub. Ankara bəyan edib ki, İranla əlaqələri davam etdirəcək və heç bir qüvvə onu bu mövqeyindən döndərə bilməz. Pekin də dolayısı ilə ABŞ-ın sanksiyalarına neqativ münasibətini bildirib. Çin Rusiya və Türkiyəyə dəstək verməklə faktiki olaraq İranı müdafiə etdiyini göstərir.

Bütün bunlar bir reallığı ortaya qoyur - ABŞ-ın İrana qarşı sanksiyaları iqtisadi-energetik aspektlə yanaşı, geosiyasi müstəvidə də ciddi qlobal problemlər meydana çıxarmaqdadır. Hazırda dünya iqtisadi sistemi bu səbəbdən yeni böhranlara sürüklənməkdədir. O cümlədən Azərbaycana qonşu olan Türkiyə və Rusiya ilə bağlı mürəkkəb vəziyyət yaranır. Bu proses hələ də davam edir.

Belə bir şəraitdə D.Trampın xüsusi qayda ilə Cənub Qaz Dəhlizini sanksiyalardan kənarda saxlaması əhəmiyyətli geosiyasi hadisədir. Mütəxəssislər bununla bağlı öz fikirlərini bildirirlər. Onlar "Cənub Qaz Dəhlizi" layihəsinin daha önəmli olduğunu xüsusi vurğulayırlar. Məsələ həqiqətən də çox ciddi geosiyasi məqamlara bağlıdır. Amerika tərəfi "Cənub Qaz Dəhlizi" layihəsinin Avropanın enerji təchizatında mühüm rol oynadığını daim vurğulayırdı. Yayılan informasiyalara görə, BP şirkəti Cənub Qaz Dəhlizinin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiyaların tətbiq edilməməsini istəyib. "Şahdəniz" layihəsində İranın "NICO" şirkəti də 10 faizlik paya sahibdir. D.Trampın qərarında isə belə bir qeyd vardır: "təbii qaz layihəsi istisna olmaqla".

Deməli, Vaşinqton İran şirkətinin də bu layihədə pay sahibi olmasına baxmayaraq, onu sanksiyalardan kənarda saxlayır. Səbəb nədir? Aydındır ki, Vaşinqtona Cənub Qaz Dəhlizi o səviyyədə önəmlidir ki, Amerika üçün onun reallaşmasında hansı dövlətin iştirak etməsinin elə bir əhəmiyyəti yoxdur.

Müstəqil mövqe: qazanan və lider olan Azərbaycan

Ancaq burada məsələnin daha əhəmiyyətli bir aspekti də var ki, bu da Azərbaycan rəhbərliyinin həyata keçirdiyi xarici siyasətin, o cümlədən enerji siyasətinin məzmunu ilə bağlıdır. Ekspertlər üçün bu fakt daha əhəmiyyətlidir. Çünki Cənubi Qafqazda müstəqil siyasətin müsbət geosiyasi, iqtisadi və energetik nəticələri baxımından bu məqamın ayrıca mənası vardır.

Şübhə yoxdur ki, ABŞ rəhbərliyinin Cənub Qaz Dəhlizini sanksiyalardan kənarda saxlamasının başlıca səbəbi rəsmi Bakının reallaşdırdığı uğurlu enerji siyasətidir. Azərbaycan rəhbərliyi konkret proqramları, qarşıya qoyduğu məqsədləri və atdığı addımları ilə sübut edib ki, həm etibarlı tərəfdaşdır, həm də qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə ciddi əməl edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən hər bir layihə vurğulanan məqam baxımından böyük əhəmiyyət kəsb edir.

Cənub Qaz Dəhlizi üzrə beynəlxalq əməkdaşlıq qrupu yaradılıb. Qrupa bir neçə dövlət daxildir. Onları birləşdirən yeganə məqsəd isə iştirakçıların hər birinin mənfəət götürməsindən ibarətdir. Bundan başqa, Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" layihəsindən regionun bütün xalqları faydalana bilər və o, başlıca olaraq insanların rifahı üçün nəzərdə tutulub.

Digər tərəfdən, "Cənub Qaz Dəhlizi" layihəsinin sanksiyalardan kənarda qalması rəsmi İrəvanın yeritdiyi antiazərbaycan siyasətinin tamamilə əsassız olduğunu bir daha təsdiq edir. Məsələ ondan ibarətdir ki, illərdir Ermənistan Azərbaycanı gözdən salmağa xidmət edən təbliğat aparır. İrəvan hətta dünya dövlətlərini Azərbaycanla əməkdaşlıq etməməyə də çağırır. Səbəb kimi isə Azərbaycanda demokratik mühitin olmaması, insan haqlarının pozulması və sivil münasibətlər qura bilməməsini göstərməyə çalışırlar. Lakin, təbii ki, bunların hamısı iftiradır, böhtandır, Azərbaycanı ləkələmək üçün müəyyən məlum dairələrin apardığı ədalətsiz informasiya savaşının tərkib hissəsidir.

Bunu böyük dövlətlərin, o cümlədən Amerikanın Azərbaycana münasibəti tam təsdiq edir. Sübutlardan biri də məhz Cənub Qaz Dəhlizinin sanksiyalardan kənarda qalmasıdır. Dahası da var. O da ondan ibarətdir ki, rəsmi Vaşinqton faktiki olaraq nümayiş etdirir ki, Azərbaycan dünyada təhlükəsizliyin təmin edilməsi üçün müasir tələblərə cavab verən, demokratik, sivil siyasət yeridir. Azərbaycandan başqa, hansı Cənubi Qafqaz dövlətinin böyük bir layihəsi təhlükəsizliyə xidmət edir? Bu, ən yüksək səviyyələrdə də vurğulanıb. Obyektiv olsaq, görərik ki, Ermənistan və Gürcüstana daim yardımlardan bəhs edirlər, onların konkret bir layihəsinin oynadığı roldan qətiyyən söhbət açmırlar. Çünki elə bir layihə bu ölkələr tərəfindən irəli sürülmür və həyata keçirilmir. Onlara bu ölkələrin nə siyasi müstəqilliyi, nə də iqtisadi qüdrəti yetir.

Təsəvvür edin, Amerikanın sanksiyaları Rusiya, İran, Türkiyə, Aİ kimi böyük və qüdrətli dövlətləri silkələyir, lakin Azərbaycan bütün bu zərbələrdən, çəkişmələrdən kənarda qalır. Özü də Azərbaycan müsəlman ölkəsidir, müstəqil siyasət yeridir. Onun hansısa bir gücə üstünlük verdiyini kimsə deyə bilməz. Belə çıxır ki, "Cənub Qaz Dəhlizi" layihəsinin sanksiyalardan kənarda qalmasını ancaq Amerikanın maraqları ilə izah etmək doğru deyil. Burada həlledici rolu Azərbaycanın beynəlxalq imici oynayır.

Yəni, Azərbaycan dünya tərəfindən qəbul edilən müstəqil dövlətdir. Onun reallaşdırdığı layihələr ümumən dünya xalqlarının rifahına xidmət edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın yalnız iqtisadi deyil, həm də geosiyasi lideridir. Onun nümunəsindən mütləq regionun digər dövlətləri də yararlanmalıdırlar. Əks halda, həmin dövlətlər inkişafdan, əməkdaşlıqdan, islahatlardan gec və ya tez kənarda qalacaqlar.

Düşünürük ki, ABŞ rəhbərliyinin Cənub Qaz Dəhlizi ilə bağlı qərarının strateji tərəflərindən biri məhz bu sonuncu tezisdən ibarətdir. Regionun siyasi, iqtisadi, energetik və hərbi təhlükəsizliyi Azərbaycansız mümkün deyildir. Hətta bu, xeyli dərəcədə Azərbaycanın atacağı addımlardan asılıdır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı