Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

- Hörmətli cənab Prezident, əziz dostum.

Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.

Bizim Prezident Radevlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.

Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.

Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.

Bu gün biz bir layihəni də müzakirə etdik, o da yaşıl enerji kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm.

Bir önəmli istiqamət isə nəqliyyatla bağlıdır. Bu da müzakirə edildi. Mən Prezident Radevə məlumat verdim ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.

Bir sözlə, hesab edirəm ki, artıq bugünkü səfərin nəticələri haqqında danışmaq olar. Nəticələrdən biri odur ki, strateji tərəfdaşlığımızın artıq gücləndirilmiş versiyası rəsmən qəbul edilib, təsdiqlənib. Bütün qeyd etdiyim və bir neçə başqa məsələ ilə bağlı da bizim fikir ayrılığımız yoxdur. Bizim məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir.

Hörmətli cənab Prezident, bir daha Sizi salamlayıram və Sizə xoş səfər arzulayıram.

x x x

Sonra Bolqarıstan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Rumen Radevin
bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli nümayəndə heyətinin üzvləri.

Hörmətli media nümayəndələri.

Əvvəlcə mən Bolqarıstanın dostu və mənim şəxsi dostum Azərbaycan Prezidenti İlham Əliyevə dəvətə və səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istərdim. Bu, ənənəvi Azərbaycan qonaqpərvərliyinə uyğun olan bir qarşılanmadır.

Bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimad əlaqələri birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoqu aparırıq. Cənab Prezident Əliyev qeyd etdiyi kimi, bu, bizim son dövrdə dördüncü görüşümüzdür. Bu, təkcə vacib bir göstərici deyil, bizim ən yüksək səviyyədə olan siyasi dialoqumuz yaxşı zəmin yaradır ki, təkcə ölkələrimizin deyil, Qafqazın və Qara dəniz hövzəsinin iqtisadi firavanlığını təmin edir, həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Mən icazənizlə bir neçə nailiyyətimizi sadalamaq istərdim. Birincisi, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və bizim qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. 2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə də Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi. Bu, əlbəttə, Avropa Komissiyasının siyasətinə uyğun idi ki, enerjinin şaxələndirilməsi və mənbələrin təhlükəsizliyi təmin edilsin. Çünki müvafiq Avropa İttifaqı-Azərbaycan strateji tərəfdaşlıq Sazişi imzalanmışdır. Bundan sonra cənab Prezident bir daha Bolqarıstana səfər etdi və orada bizim təşəbbüsümüzlə “Həmrəylik Halqası” layihəsi ilə bağlı memorandum imzaladıq ki, burada səylərimizi birləşdirəcəyik və Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və SOCAR-ın imkanları səfərbər edilsin ki, Azərbaycandan əlavə qaz həcmləri bizim istiqamətdə daxil ola bilsin. Bu da bütün regionun təhlükəsizliyi üçün vacib bir məsələdir. Biz, eyni zamanda, Sofiyada SOCAR-ın ofisinin birlikdə açılışını etdik. Bu da onun göstəricisi idi ki, biz enerji sahəsində əməkdaşlığı dərinləşdirmək əzmindəyik.

Bizim müzakirələrimizdə enerji aparıcı rol oynayır. Ancaq bu, bizim əməkdaşlığımızı məhdudlaşdıran bir amil deyil. Bizim digər sahələrdə də həm hökumət səviyyəsində, həm də işgüzar dairələr arasında əlaqələrimiz var. Hətta bələdiyyələr səviyyəsində də təmaslarımız var ki, biz əlaqələri və əməkdaşlığı gücləndirək. Burada həm nəqliyyat, həm rəqəmsallaşma aspektləri də mövcuddur, yaşıl enerji layihələri, təhsil, mədəniyyət və turizm sahələrində birgə layihələrimiz var. Ona görə, təbii bir haldır ki, bu gün biz çox əhəmiyyətli bir sənəd – Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni imzaladıq. Bu isə bizim mühüm, nəhəng potensialımızın və qarşılıqlı istəyimizin göstəricisi idi ki, ölkələrimiz çox gözəl, əla səviyyədə olan əlaqələri daha da yüksək səviyyəyə qaldırsınlar. Bundan əlavə, bir neçə sazişin imzalanmasının şahidi olduq. Ancaq təkcə bu auditoriyada deyil, digər tədbirdə - biznes forumda da müvafiq sazişlər imzalanır.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, bizim birgə marağımız və istəyimiz ondan ibarətdir ki, ölkələrimizin geosiyasi, geostrateji yerləşməsini nəzərə alaraq, təkcə enerji, nəqliyyat və əməkdaşlıq deyil, digər sahələrdə də strateji mövqeyə malik olaq. Biz əlimizdən gələni edəcəyik ki, bütün sahələrdə, xüsusilə də bağlantı məsələsində regionlarımızda sabitliyi təmin edək. Biz Asiya və Avropa arasında əlaqələrin intensivləşməsinə töhfə veririk və bu, bizim üçün prioritetdir.

Prezident Əliyevin təşəbbüsü ilə biz tariflərin uyğunlaşdırılması və gömrük inzibatçılığı məsələlərində də sadələşdirmə prosesləri ilə məşğul oluruq ki, biz həmin məsələləri həll edə bilək. Gördüyünüz kimi, burada AZAL və Bolqarıstan hava yolları arasında saziş imzalandı. Biz Sofiya-Bakı müntəzəm uçuşlarının bərpa edilməsini görəcəyik. Eyni zamanda, biz “Asarel Investment” və SOCAR arasında Sazişin imzalanmasının şahidi olduq və bu sahədə də görüləcək işlərimiz çoxdur.

Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam və bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun cəsarətli baxışına şahidəm, ona çox gözəl bələdəm. O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. Yaşıl enerji layihələri bunun bariz nümunəsidir. Bununla yanaşı, onun fəal diplomatiyası da imkan verdi ki, bu gün biz beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, sabitlik haqqında danışaq. Ona görə mənə heç də təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Bu gün mən Prezident Əliyevə məlumat verdim ki, biz də öz növbəmizdə institusional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq.

Bu gün bir çox şirkətlərin nümayəndələri mənimlə Bakıda səfərdədirlər. Artıq onlar müxtəlif həllər təklif edirlər ki, Azərbaycan bu regionda öz liderlik rolunu inkişaf etdirməkdə davam etsin, xüsusilə də yaşıl enerji, ətraf mühitin qorunması sahələrində. Sizə bir nümunə deyə bilərəm, bizim işlənmiş neft məhsulundan yeni məhsullar əldə etmək layihəmiz var. Bu materiallardan həm gübrə kimi, həm də tikinti materialı kimi istifadə oluna bilər. Eyni zamanda, karqodronların istehsalı sahəsini yarada bilərik. Yəni, söhbət yüklərin pilotsuz aparatlar vasitəsilə daşınmasından gedir, əlbəttə, söhbət, kiçikhəcmli yüklərdən gedir. Bununla da Azərbaycana regionda aparıcı, yüksək texnologiyaya sahib olan və xüsusilə də ətraf mühit üçün zərərsiz olan həllər və layihələr təklif edirik. Biz nəinki bu layihələri müzakirə edirik, bəziləri ilə bağlı artıq sazişlər imzalanıb, müqavilələr bağlanıb.

Biz cənab Prezidentin Bolqarıstana səfəri çərçivəsində Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa və Veliko-Tırnovo ilə əlaqələr qurduq. Mən Sizə təşəkkür edirəm ki, Sizin dəstəyinizlə bir neçə gözəl layihə həyata keçirilib. Bu işdə Heydər Əliyev Fondunun da fəal rolu olub. Bu Fond bizim ölkədə tarixi-mədəni abidələrin qorunması layihələrini həyata keçirib.

Bir daha Sizi bu gözəl abidələrin bərpadan sonra açılışı ilə bağlı Bolqarıstana dəvət edəcəyik, cənab Prezident. Çox səmərəli, məhsuldar müzakirələrə görə Sizə bir daha təşəkkür edirəm, bu dəvətə görə təşəkkür edirəm. İnanıram ki, bu müzakirələr zamanı əldə etdiyimiz razılaşmalar və imzalanmış sənədlər bizim strateji tərəfdaşlığımızı daha da dərinləşdirəcək və artıq çox güclü olan əməkdaşlığın təməlini daha da gücləndirəcək. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

Maradonanı müalicə edən səkkiz həkimin məhkəməsi təxirə salınıb

Qazaxıstanda 17,6 min yetim uşaq ailələr tərəfindən övladlığa götürülüb

Ötən il ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,5 milyon manatdan çox pul ödənilib

Azərbaycanın daha dörd idmançısı qrapplinq üzrə Avropa çempionatında medal qazanıb

Ayxan Abbasov: “Turan Tovuz” rəhbərliyi heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı - MÜSAHİBƏ

“Tarixi torpağımız Qərbi Azərbaycanın maddi-mənəvi irsi” - tədbir

Səfir: Azərbaycan Özbəkistan üçün etibarlı tərəfdaşdır

Amerikalı general: ABŞ ilə Azərbaycan sülhü və stabilliyi gücləndirmək naminə birgə səy göstərir

“28 May” stansiyasında növbəti eskalator əsaslı təmir ediləcək

Nazim Çavuşoğlu: Şimali Kipr Türk Respublikası universitetləri üçün azərbaycanlı tələbələr çox önəmlidir

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunub

Azərbaycan Prezidentinin gördüyü qətiyyətli işlər cəmiyyətdə böyük inam yaradıb ŞƏRH

Venerada daha çox vulkan kəşf edilib

Tərəkəmə yurdu folklor beynəlxalq festival keçiriləcək

Britaniya parlamenti seçkilər ərəfəsində işini dayandırıb

AFFA İntizam Komitəsi “Neftçi” və “Sabah” klublarını böyük məbləğdə cərimələyib

Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyəti artırılacaq

Məleykə Abbaszadə: İyul ayında Azərbaycan dili üzrə sertifikasiya imtahanı keçiriləcək

TikTok canlı yayımlardan pul qazanmaq üçün yeni qaydalar təqdim edib

Aprel ayında 193,5 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib

NASA Dinkineş asteroidinin müfəssəl fotoşəkillərini təqdim edib

Bakıda “Ümumdünya Aeronaviqasiya Sammiti 2024” və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək

ABŞ Dövlət Departamentinin rəsmisi: Azərbaycanla gələcək əməkdaşlıqlar üçün böyük ümidlərimiz var VİDEO

İrəvanın mərkəzində etiraz aksiyası başlayıb

Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının qətnaməsini şiddətlə qınayıb

Naxçıvanda taksi sürücüləri üçün təlimlərə başlanılıb

“Şimal” klubu UEFA Region Kubokunda mübarizə aparacaq

Məktəblilər “Ədibin Evi”ndə istiqlal tariximizi müzakirə ediblər

DİM: Ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var

“Business Ready” layihəsinin 2024-cü il üzrə Yol xəritəsinə dəyişikliklər bu ilin payızında hazır olacaq

Bakı Enerji Forumunda COP29-a həsr olunan xüsusi sessiya keçiriləcək

Bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxslər müəyyənləşdirilib

Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans

ANAMA: Azad edilmiş ərazilərdə 10 min kvadratkilometrdən çox sahə mina və partlamamış hərbi sursatlarla çirklənib

İran rəsmiləri: Helikopter qəzasında sabotaj izi tapılmayıb

Azərbaycan millisinin voleybolçusu: Səhvlər həlledici anlarda qələbə qazanmağımıza mane oldu

Prokurorluq işçiləri Gəncədə ağacəkmə kampaniyasında iştirak ediblər

Məleykə Abbaszadə: Builki qəbul planı hazırdır və Dövlət İmtahan Mərkəzinə təqdim edilib

Azərbaycan Müdafiə Nazirliyinin və DSX-nin rəhbərliyi "Efes-2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edəcək

NATO-nun bəzi ölkələri Ukrayna üçün 100 milyard avroluq fondun yaradılmasına qarşıdır

Lənkəranda nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

“Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilib

Alimlər bürclərin insan həyatına təsiri iddialarını təkzib ediblər

Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib

Türkiyənin əmək və sosial müdafiə naziri Şəhidlər xiyabanını ziyarət edib

MEK-də “Azərbaycanın Mil-Qarabağ bölgəsinin İlk Tunc dövrü maddi mədəniyyəti” kitabı təqdim edilib

İranda prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb

Azərbaycan Prezidenti: Torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi mühüm əhəmiyyət kəsb edir

Coşua Hak: Dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh səylərinə xüsusi diqqət yetirir

Azərbaycanın və Pakistanın xarici işlər nazirləri arasında görüş keçirilib - YENİLƏNİB VİDEO

Prezident: Müharibənin 2020-ci ildə başa çatmasından bu günədək 361 vətəndaşımız mina qurbanı olub

Media sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivləri müzakirə edilib

“Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans keçirilir - YENİLƏNİB

Ermənistan polisi hökumət binasının qarşısına böyük qüvvə yığıb

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib

Piramidaların ətrafında tapılan Nilin qurumuş qolu alimlərin mübahisələrinə səbəb olub

Qəsdən adam öldürməkdə şübhəli bilinən qadın tutulub

Çinin Sian Şiyu Universitetinin rektoru BANM-də

Azərbaycan Kuboku: Final oyununa satılmış biletlərin sayı açıqlanıb

Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb

İyunun 2-də 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verəcək

“Avro-2026”: Futzal üzrə Azərbaycan millisinin əsas mərhələdəki rəqibləri bəlli olur

Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür

DİM ilə İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulur

Azadlıq prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xocalıya qayıdış: Azərbaycan Prezidentinin verdiyi hər bir söz reallaşır ŞƏRH

Gəncə Şəhər Prokurorluğunda “Açıq qapı günü”

BDU və Kumamoto Universiteti əməkdaşlıq edəcək

FHN Buzovna neft terminalı çənlər parkında yanğın-taktiki təlim keçirib

Qazaxıstan hökuməti Türkistan şəhərinə xüsusi status verib

AzMİU-da Şimali Kipr Türk Cümhuriyyətinin ali təhsil sahəsi üzrə nümayəndə heyəti ilə görüş olub

AQTA “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlayıb

Azərbaycan İdman Akademiyasında “Məzun Günü” keçirilib

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiridən

DİN: Ötən gün də 1 avtomat və 3 tüfəng təhvil götürülüb

Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Qobustanda “Məşğulluğa dəstək layihəsi” ilə bağlı məlumatlandırma tədbiri keçirilib

DİM rəhbəri: Dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi səriştə modeli əsasında aparılacaq

Şəhərsalma məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Ötən gün 15 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

İnformatika və coğrafiya fənləri üzrə əlavə imtahan verəcək abituriyentlərin nəzərinə

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Mayın 31-də və iyunun 1-də geomaqnit qasırğası gözlənilir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəzər İbrahim: Azərbaycan dünyaya və regiona sülh gətirmə ilə bağlı bir çox proseslərin mərkəzindədir VİDEO

Azərbaycan nefti yenidən ucuzlaşıb

Suraxanı, Xəzər və Nərimanov rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Rumıniya ilə Azərbaycan arasında “yaşıl enerji”nin ötürülməsi ilə bağlı müzakirələr aparılıb

ABŞ və Yaponiya Şimali Koreyanın ballistik raketlər buraxmasını pisləyib

Balakəndə meşədə çətənə kolu yetişdirən şəxs saxlanılıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

İtaliya saytları Azərbaycanın üzləşdiyi mina problemindən yazıb

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub VİDEO

Keçmiş məcburi köçkün: Şuşada yeni bir həyatın iştirakçısı olmaq xoşbəxtlikdir

Doğma yurduna qayıdan Şuşa sakini: Bu hissləri təsvir etmək qeyri-mümkündür

İtaliyalı ekspert: COP29 Azərbaycanın enerji keçidinə sadiqliyini göstərmək üçün mühüm platforma olacaq

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO