ABŞ Dövlət Departamentinin rəsmisi: Azərbaycanla gələcək əməkdaşlıqlar üçün böyük ümidlərimiz var VİDEO
Vaşinqton, 30 may, AZƏRTAC
“Bu gün burada – Azərbaycanın Müstəqillik Günü ilə bağlı tədbirdə olmaq qürurvericidir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin köməkçisinin müavini Coşua Hak deyib.
Coşua Hak bildirib ki, bu, həm də ABŞ-Azərbaycan münasibətlərinin Vaşinqton üçün nə qədər vacib olduğunu demək üçün bir imkandır.
“Bizim gələcək əməkdaşlıqlar üçün böyük ümidlərimiz var. Biz gələcək illərdə yaxın əməkdaşlıq əlaqələrinin olacağını gözləyirik. Hər kəsə xoşbəxt, sülh dolu və firavan Müstəqillik Günü arzu edirəm”, - deyə Dövlət Departamenti rəsmisi qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton