ETSN kollektivi şəhidlərin xatirəsini anıb
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi (ETSN) Zəfər parkını ziyarət edib.
ETSN-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.