Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.