Qazaxıstanda hərbi islahat planı hazırlanacaq
Astana, 27 sentyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hərbi islahat planının hazırlanmasını tapşırıb.
AZƏRTAC Akordaya istinadla xəbər verir ki, dövlət başçısı müdafiə qurumunun rəhbər heyəti ilə müşavirə keçirib və yeni müdafiə nazirini təqdim edib.
Dövlət başçısı Manqistau vilayətində keçirilən təlimlər zamanı 14 hərbi qulluqçunun həlak olması ilə bağlı baş verənlərə sərt reaksiya verib. Prezident hərbi qulluqçuların sülh dövründə həlak olmasını “mahiyyət etibarilə cinayət xarakterli olan zabitlərin, o cümlədən generalların qeyri-peşəkarlığının nəticəsi” adlandırıb.
Kasım-Jomart Tokayev təkcə faciənin şəraitinin deyil, həm də belə təlimlərin keçirilməsi planının nədən irəli gəldiyinin və qarşıya qoyulan vəzifələrin müasir təhdidlərə nə dərəcədə cavab verdiyinin araşdırılmasını tələb edib.
“Ordudakı köhnə problemlər rəhbərlik tərəfindən ildən-ilə həll olunmur və bu, ölkənin müdafiə qabiliyyətini zəiflədir. Keçmiş faciələrdən heç bir nəticə çıxarılmayıb”, - deyə Prezident bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:13]
Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib
- 27.09.2026 [15:57]
SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb
- 27.09.2026 [14:36]
Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur
- 27.09.2026 [13:37]
Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb
- 27.09.2026 [13:34]
Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir
- 27.09.2026 [13:25]
Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb
- 27.09.2026 [13:11]