Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub
Şəki-Zaqatala, 27 sentyabr, AZƏRTAC
Səhər saatlarından başlayaraq Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında 27 Sentyabr - Anım günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilib, Şəhidlər xiyabanları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təşkil edilən anım mərasimlərində rayon icra hakimiyyətlərinin rəhbərləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbər heyəti və əməkdaşları, din xadimləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların məzarları ziyarət olunub. Şəhidlərimizin ruhuna dualar oxunub və məzarları üzərinə tər gül dəstələri düzülüb.
Saat 12:00-da ölkəmizn ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müxbir - Rasim İslamoğlu