Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO
Füzuli, 17 oktyabr, AZƏRTAC
Füzuli Şəhəri Günü ilə əlaqədar şəhərdə uşaqlar üçün tamaşa nümayiş etdirilib. Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təqdim olunan səhnə proqramı məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub. Tamaşada uşaqların yaş xüsusiyyətləri nəzərə alınıb.
Səhnə əsərinin nümayişində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, estetik zövqünün formalaşdırılması və onların teatr sənətinə marağının artırılması olub.
Müxbir - Aydın Yavərzadə