Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi və kollektivi Bakıda Zəfər parkında olub.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Nazirliyin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsini ehtiramla yad ediblər.