AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi Zəfər parkını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.