Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı və keçirdiyi görüşlər dünya mediasının diqqətində olub. Türkiyənin, Rusiyanın, Avropa, Mərkəzi Asiya və digər ölkələrin media orqanları bu barədə geniş materiallar dərc edib.

Türkiyənin “SonDurak” media resursunda yazılıb ki, Prezident İlham Əliyevin himayəsi ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 10,8 milyard dollar həcmində 23 investisiya sənədi imzalanıb. Azərbaycanın Orta Dəhliz kimi layihələrdə iştirakı onun iqtisadi potensialını artırır və sərmayəçilər Azərbaycana sərmayə yatırmaq niyyətlərini bildiriblər.

“Haberler.com” saytında qeyd edilib ki, Azərbaycan Avropa ilə Asiya arasında böyük tranzit potensialına malikdir. Yaradılan nəqliyyat infrastrukturu perspektivdə iqtisadi inkişaf üçün geniş imkanlar yaradıb. Cənubi Qafqazın iqtisadi baxımdan inkişaf etmiş ölkəsi olan Azərbaycanda iqtisadi islahatlar səmərəli həyata keçirilib.

“Bloomberg”də nəzərə çatdırılıb ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR, Fransanın “TotalEnergies” və mərkəzi Əbu-Dabidə yerləşən “XRG” şirkətləri arasında aparılan danışıqların nəticəsi olaraq Abşeron qaz və kondensat sahəsinə sərmayə qoymaq haqqında razılıq əldə edilib. Materialda diqqətə çatdırılıb ki, “Abşeron” yatağından yaxın 3 ildə əlavə 5 milyard kubmetr təbii qaz hasil ediləcək.

Qırğızıstanın Milli İnvestisiya Agentliyinin saytında dərc olunan materialda bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda türk dövlətlərinin qarşılıqlı sərmayə yatırımı məsələsi müzakirə olunub və qərara alınıb ki, türk dövlətlərinin investisiya agentlikləri arasında əlaqələr artırılsın və birgə layihələr təqdim edilərək həyata keçirilsin. Bunlarla yanaşı, dünya maliyyə bazarında fəal rol oynamaq da qərara alınıb.

“Akşam” qəzetinin elektron platformasında dərc olunan materialda vurğulanıb ki, Prezident İlham Əliyev ölkədə alternativ və bərpaolunan enerji mənbələrindən olduqca səmərəli istifadə edir. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat alternativ enerji istehsal etmək potensialı var. Bu istiqamətdə Azərbaycanda böyük işlər görülür və istismara verilən stansiyalar da fəaliyyətini davam etdirir.

Rusiyanın TASS İnformasiya Agentliyində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun “Regional enerji əlaqələri və yaşıl keçid: Çağırışlar və imkanlar” mövzusunda keçirilən sessiyadakı çıxışına istinadla yazılır ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə yekun investisiya qərarı 2029-cu ilə planlaşdırılır. Ümumi ötürmə gücü 4 QVt olan layihənin texniki-iqtisadi əsaslandırılması onun mümkünlüyünü təsdiqləyib. Dəhliz 2032-ci ildə tədricən istifadəyə veriləcək və onun tam gücü ilə 2040-cı ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

“Finacial One” portalında vurğulanıb ki, forumda imzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su idarəçiliyi sahələrində layihələrin həyata keçirilməsini nəzərdə tutur. Müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, qlobal investorların, beyin mərkəzlərinin və işgüzar dairələrin nümayəndələrinin qatıldığı forumda Azərbaycan və region üçün investisiya perspektivləri, Orta Dəhlizin inkişafı, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, vacib xammal və iqtisadi təhlükəsizlik məsələləri müzakirə olunub. Dünya üçün aktual xarakter daşıyan bu məsələləri Azərbaycan diqqətdə saxlayaraq müasir trendlərdən geridə qalmır.

“Ритм Евразии” analitik portalında dərc edilən materiallarda diqqətə çatdırılıb ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “The European House – Ambrosett”in baş direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: İnvestisiyaların artımı üçün mərkəz” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın və Cənubi Qafqazın investisiyaların artımı üçün potensialı, regional əlaqələri və bölgənin qlobal iqtisadi sistemdəki inkişaf edən rolu vurğulanıb. Azərbaycanın iqtisadi potensialı haqqında ətraflı məlumat verilib.

“İşçı Haber” saytında yazılıb ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10,8 milyard dollarlıq investisiya sənədinin imzalanması onun mötəbərliyi ilə yanaşı, Azərbaycanın iqtisadi potensialının da yüksək olduğunu göstərir. Müxtəlif sahələri əhatə edən investisiya sənədləri perspektivdə ölkə iqtisadiyyatının inkişafına böyük təkan verəcək. Forumda iştirak edən dünya miqyaslı şirkətlər də öz aralarında əməkdaşlıq haqqında razılıqlar əldə ediblər. Azərbaycan keçirdiyi bu forum vasitəsilə beynəlxalq şirkətlər üçün əməkdaşlıq imkanı yaradıb.

“Star” qəzetinin elektron variantında yayımlanan məqalədə bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun işinə qatılan Azərbaycan Prezidenti İlham Əliyev uzunmüddətli və davamlı artıma nail olmaq üçün neft və təbii qazdan başqa sektorların potensialının qiymətləndirilməli olduğunu bildirib və əlavə edib ki, bərpaolunan enerji, logistika, nəqliyyat, elektrik enerjisi ixracı və mədənçilik gələcəkdə ölkə iqtisadiyyatının mühüm hərəkətverici qüvvələri olacaq. Azərbaycan etibarlı ölkə olduğu üçün buraya sərmayə yatırmaq istəyən şirkətlərin sayı artır. Təsadüfi deyil ki, son 20 ildə Azərbaycana təxminən 350 milyard dollar sərmayə yatırılıb.

“Yeni Dönəm” saytı forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə geniş yer verib. Qeyd olunub ki, Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq İnvestisiya Forumunda çıxış edərək deyib: “Azərbaycandan keçən tranzit yük daşımalarında sürətli artım var və bu il 16 milyon tona çatacaq. Lakin məqsədimiz 2030-cu ilə qədər həm şərq-qərb, həm də şimal-cənub marşrutları üzrə 25 milyon tona, bəlkə də daha çoxa çatmaqdır. Buna nail olmaq üçün qonşularımızla fəal şəkildə çalışırıq”.

Saytda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin regionda apardığı sülh siyasəti bu planların reallaşmasına imkan verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb