Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Moskva, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və ölkənin ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda yeni hərbi-siyasi və geosiyasi reallıq formalaşdırıb.

Bunu AZƏRTAC-a müsahibəsində rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko 44 günlük Vətən müharibəsinin başlanmasının altıncı ildönümünü şərh edərkən deyib.

2020-ci il sentyabrın 27-də baş verən hadisələrdən əvvəl mövcud olmuş vəziyyətdən danışan ekspert həmin dövrdə Ermənistanın hərbi rəhbərliyinin yanaşmalarına diqqət çəkib. Onun fikrincə, Ermənistanın hərbi quruculuğunun və əməliyyat planlarının əsasını “Tonoyan doktrinası” adlandırılan konsepsiya təşkil edirdi (həmin dövrdə müdafiə naziri – red.).

Ekspertin qeyd etdiyinə görə, bu konsepsiyanın mahiyyəti ondan ibarət idi ki, İrəvan Azərbaycanla hərbi münaqişə baş verəcəyi təqdirdə ölkənin əsas neft-qaz infrastrukturu obyektlərinə, magistral boru kəmərlərinə və yataqlarına uzaq məsafədən genişmiqyaslı raket zərbələri endirmək imkanını özündə saxlayırdı. Ermənistan strateqlərinin fikrincə, bütün bunlar hər hansı silahlı insident və ya münaqişə yaranacağı təqdirdə Bakının mümkün cavab tədbirlərindən çəkinməsinə səbəb olmalı idi.

“Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinə genişmiqyaslı atəş zərbələri endirdikdə, bunun qarşılığında ciddi hərbi nəticələr əldə edilənədək davam edəcək cavab döyüşlərinin başlanacağını gözləmirdilər”, - deyə ekspert bildirib.

İ.Korotçenko 44 günlük müharibənin başlanmasının şəraitinə xüsusi diqqət yetirib və qiymətləndirməsinin Rusiyanın yüksəkvəzifəli mənbələrindən əldə etdiyi məlumatlara əsaslandığını vurğulayıb.

“İkinci Qarabağ müharibəsi məhz Ermənistanın hərbi təxribatından başladı. Bunu təbliğat məqsədilə deyil, həqiqətin müəyyənləşdirilməsi naminə deyirik, çünki mən Rusiyanın yüksəkvəzifəli mənbələrinə istinad edirəm”, - deyə AZƏRTAC-ın həmsöhbəti vurğulayıb.

Ekspertin sözlərinə görə, 2020-ci ilin payızında baş verən hadisələr müasir döyüş əməliyyatlarının xarakteri baxımından da əlamətdar oldu. O, müharibənin əsas xüsusiyyətlərindən biri kimi Azərbaycanın müxtəlif siniflərə aid, həm döyüş, həm də kəşfiyyat məqsədli pilotsuz uçuş aparatlarından geniş istifadə etməsini qeyd edib.

“Sonradan əldə olunan uğurların bir çox cəhətdən səbəbi həm də Azərbaycan siyasi və hərbi rəhbərliyinin gələcək döyüş əməliyyatlarının növünü və xarakterini düzgün proqnozlaşdırması idi”, - deyə İ.Korotçenko bildirib.

Ekspertin sözlərinə görə, digər mühüm amil xüsusi təyinatlı qüvvələrdən istifadə edilməsi olub.

Daha bir uğur amili komandanlığın bilavasitə döyüş meydanında vəziyyət barədə yüksək səviyyədə məlumatlı olması idi: “Bu amillərin məcmusu silahlı münaqişənin xüsusiyyətlərini müəyyənləşdirdi”.

İ.Korotçenko qeyd edib ki, Ermənistan tərəfi isə əksinə, müharibənin aparılmasının xarakteri ilə bağlı köhnəlmiş təsəvvürlərdən çıxış edir və uzunmüddətli müdafiə qurğularının keçilməzliyinə güvənirdi. Ekspert vurğulayıb ki, Şuşa şəhərinin azad edilməsi müharibənin həlledici mərhələlərindən biri olub və bundan sonra döyüşlərin davam etdirilməsi Ermənistanın hərbi qüvvələrinin əhəmiyyətli hissəsi üçün kritik vəziyyət yaradırdı: “Şuşa şəhərinə nəzarətin bərpa olunmasından sonra kifayət qədər böyük erməni hərbi birləşməsi hər tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin mühasirəsində qaldı və döyüşlər davam etdirilsəydi, onun məhv edilməsi qaçılmaz olacaqdı”.

Nəticədə 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan münaqişə zonasında atəşkəsin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli Bəyanat imzaladılar.

“Sonradan hərbi nəticələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə nail olması ilə səciyyələnən yeni hərbi və geosiyasi reallığa çevrildi”, - deyə İ.Korotçenko bildirib.

O, həmçinin vurğulayıb ki, sonrakı hadisələrdən və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin bütün ərazisi üzərində suverenliyini bərpa etməsinin ardınca Bakının siyasi çəkisi də əhəmiyyətli dərəcədə dəyişib: “Baş verən dəyişikliklərdən sonra Azərbaycanın statusu, siyasi çəkisi əhəmiyyətli dərəcədə yüksəldi. Faktiki olaraq bundan sonra Azərbaycan bütün bunlardan irəli gələn nəticələrlə birlikdə orta güc statusuna tam əsasla iddia edə biləcək vəziyyətə gəldi”.

İ.Korotçenkonun qiymətləndirməsinə görə, son illərdə baş verən hadisələrin nəticəsi bütövlükdə Cənubi Qafqazın yeni status qazanması, regiondan keçən nəqliyyat dəhlizlərinin rolunun artması, habelə yeni geosiyasi və hərbi-strateji reallıqların formalaşması olub.

Regionun perspektivlərindən danışan rusiyalı ekspert onun sülh və sabitlik şəraitində inkişaf edəcəyinə ümid etdiyini bildirib.

“Ümumilikdə, Cənubi Qafqazın sülh, sükut və sabit inkişaf regionu olacağına ümid edirik”, - deyə o vurğulayıb.

İ.Korotçenko Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafına ayrıca diqqət yetirib. Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq dəhlizinin inkişafı, eləcə də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

“Nəqliyyat arteriyaları sağlam orqanizmdə qanın axdığı damarlardır. Buna görə də ümid edirik ki, bu layihə də əvvəllər dəfələrlə səsləndirilmiş prinsiplər əsasında bütün iştirakçılar üçün faydalı şəkildə həyata keçiriləcək”, - deyə “Natsionalnaya oborona” jurnalının baş redaktoru fikirlərini yekunlaşdırıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim