BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.