Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır
Tbilisi, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr Cənubi Qafqaz regionu üçün xüsusi bir tarixdir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Valeri Çeçalaşvili bildirib.
Analitik qeyd edib ki, 27 Sentyabr Azərbaycan üçün ərazi bütövlüyünün bərpası uğrunda canından keçən qəhrəmanların Anım Günüdür. Bu tarixin bütövlükdə Cənubi Qafqaz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan V.Çeçalaşvili məhz bundan sonra regionun inkişafında tamamilə yeni bir mərhələnin başladığını diqqətə çatdırıb.
“Əminəm ki, yaxın zamanlarda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi imzalanacaq. Bu isə regionda tamamilə fərqli imkanlar yaradacaq. Azərbaycan, Gürcüstan və Ermənistana məxsus olan bu regionda Gürcüstan da təbii ki, sülh prosesinin ayrılmaz bir hissəsi olacaq”, – deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, artıq regionda inteqrasiya və sabitliyin möhkəmləndirilməsi üçün yeni üfüqlər açılır, münaqişələr dövrü isə geridə qalır. O, bu yeni dövrün başlanğıcının məhz Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə başladığı 27 sentyabr tarixi ilə bağlı olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:34]