BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarət ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, kollektiv Zəfər abidəsinin önünə gül dəstələri düzərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıb.