Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günündə Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. Bununla əlaqədar paytaxtın Zəfər parkına səhər saatlarından etibarən çoxsaylı ziyarətçilər üz tutur.
AZƏRTAC xəbər verir ki, vətəndaşlar abidə önünə gül dəstələri düzür, şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər.
Vətən müharibəsində qazanılan Zəfər qəhrəman şəhidlərimizin şücaəti və fədakarlığı ilə yazılan tarixdir. Onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Müxbirlər - Gülay Nəzərova, Fərid Səlimov
Fotomüxbirlər - Nicat Haşımov, Azər İbrahimov, Orxan Kərimov
Operatorlar - Vüsal Tağıyev, Ələkbər Baxşəliyev