Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb
Zaqreb, 27 sentyabr, AZƏRTAC
Xorvatiyada əsas müxalifət qüvvələrindən olan Sosial Demokrat Partiyası (SDP) Baş nazir Andrey Plenkoviçin rəhbərlik etdiyi hökumətə etimadsızlıq məsələsinin parlamentdə müzakirəyə çıxarılması üçün rəsmi təşəbbüs irəli sürüb.
AZƏRTAC xəbər verir ki, Xorvatiya Radio və Televiziyasının (HRT) məlumatına görə, təşəbbüs Lika bölgəsində təhlükəli tullantıların qanunsuz basdırılması ilə bağlı qalmaqal fonunda parlament proseduruna təqdim edilib.
SDP nümayəndələri baş verənlərə görə siyasi məsuliyyətin hökumətin və Baş nazir Andrey Plenkoviçin üzərinə düşdüyünü bildirirlər. Hakim Xorvatiya Demokratik Birliyinin (HDZ) nümayəndələri isə müxalifətin etimadsızlıq təşəbbüsünün parlamentdə kifayət qədər dəstək almayacağını bəyan ediblər.
Məsələ Xorvatiya parlamentində tullantıların idarə olunması ilə bağlı yeni qanun layihəsinin müzakirəsi fonunda hakimiyyət və müxalifət arasında qarşıdurmanı daha da gücləndirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [13:37]
Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb
- 27.09.2026 [13:34]
Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir
- 27.09.2026 [13:25]
Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb
- 27.09.2026 [13:11]
Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub
- 27.09.2026 [13:00]
Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib
- 27.09.2026 [11:36]
Qazaxıstanda yeni müdafiə naziri təyin edilib
- 27.09.2026 [10:05]
Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lerikdə zəlzələ olub
- [11:51]
Slovakiyada 27 Sentyabr – Anım Günü qeyd olunub
- 26.09.2026 [23:51]
Naxçıvanda ər arvadını və baldızını bıçaqlayıb
- 26.09.2026 [22:36]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:14]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [22:00]