Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb
Füzuli, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar Füzuli şəhərində rəsm sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Anım Gününə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Vətən müharibəsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına və şəhidlərin qəhrəmanlıq yoluna həsr olunmuş müxtəlif materiallar nümayiş etdirilib.
Şagirdlərin hazırladığı əl işləri və mövzu ilə bağlı digər nümunələr sərgi iştirakçılarına təqdim olunub.
Tədbirdə şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların həyat və döyüş yolunun gənc nəslə çatdırılmasının vacibliyi vurğulanıb.
Müxbir-Aydın Yavərzadə