Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 27-32° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşama doğru dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 17-22°, bəzi yerlərdə 26-28° isti təşkil edəcək.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşama doğru dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 17-22°, bəzi yerlərdə 26-28° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 24-29° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 22-27°, dağlarda gecə 9-14°, gündüz 16-20° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20°, gündüz 25-29°, dağlarda gecə 12-15°, gündüz 19-24° olacaq.