Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Füzuli, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar Füzuli şəhərində şəhidlərin xatirəsi yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 12:00-da Füzuli şəhərinin mərkəzindən keçən Zəfər Yolunda avtomobillərin hərəkəti dayandırılıb, şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan olunub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.
Müxbir-Aydın Yavərzadə