Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır
Bakı, 27 sentyabr, AZƏRTAC
Zəfərin əldə edilməsində öz həyatlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsini bu gün ehtiramla yad edirik. Prezident İlham Əliyevin Sərəncamı ilə 27 Sentyabr - Anım Gününün təsis edilməsi Zəfərin əldə olunmasında rəşadət göstərmiş, həyatlarını qurban vermiş şəhidlərimizi yalnız yad etmək üçün deyil, eyni zamanda, bu gənc nəslə böyük mesajdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
"Bu baxımdan bizim gənc nəslin belə tədbirlərdə iştirakı əsl vətəndaş kimi yetişmələri üçün çox vacibdir. Azərbaycanın gələcəyinin daha parlaq olması üçün onlar öz bilik və bacarıqlarını, səylərini əsirgəməməlidirlər", - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:34]
Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
- 27.09.2026 [12:35]