Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Bu günə çatmağımızda rolu olmuş bütün şəxsiyyətləri, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevi də dərin ehtiramla yad edirik. Məhz onun həyata keçirdiyi dövlətçilik quruculuğu, güclü ordunun yaradılması və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi Zəfər yolunun başlanğıcını qoydu. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev tərəfindən görülən məqsədyönlü ardıcıl işlərin davam etdirilməsi tarixi Qələbə ilə nəticələndi.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, soydaşlarımız öz doğma torpaqlarına qayıdırlar: "Quruculuq işlərinin həyata keçirilməsi, insanlarımızın orada məskunlaşması, təhsil və səhiyyə ocaqlarının yaradılması, ümumiyyətlə, gənclərimizin bu torpaqlarda yaşaması şəhidlərimizin əziz xatirəsinə verə biləcəyimiz ən böyük qiymət şanlı Ordumuza, zabit və əsgərlərimizə, qazilərimizə göstərə biləcəyimiz ən böyük hörmət nümunəsidir”, - deyə Tahir Budaqov vurğulayıb.