Qazaxıstanda 17,6 min yetim uşaq ailələr tərəfindən övladlığa götürülüb
Bakı, 30 may, AZƏRTAC
Qazaxıstanda 21 min yetim uşaqdan 17,6 mini ailələr tərəfindən övladlığa götürülüb.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Təhsil Nazirliyinin Uşaq hüquqlarının müdafiəsi komitəsi məlumat yayıb. Komitənin sədri Nasimjan Ospanovanın sözlərinə görə, ölkədə hər il minə qədər kimsəsiz uşaq öz yeni ailələrini tapır.
“Bizim vəzifələrimizdən biri uşaqların ailədə yaşamaq hüququdur. 21 min kimsəsiz uşağın 17,6 mini artıq bizim qazaxıstanlı ailələrdə böyüyür. Hər il Qazaxıstan vətəndaşları minə yaxın yetim uşağı öz ailələrinə qəbul edirlər”, - deyə o bildirib.
Komitə sədri deyib ki, Qazaxıstanda yetim uşaqlar üçün himayəçilik institutu tətbiq olunub. Artıq bu sahədə 300-dək insan fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]