Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Xankəndi, 20 sentyabr, AZƏRTAC

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin ən mühüm və qürurverici səhifələrindən biridir. Bu tarix dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını ifadə etməklə yanaşı, milli iradəmizin, dövlətçilik ənənələrimizin və müstəqil inkişaf yolumuzun təntənəsini təcəssüm etdirir. Eyni zamanda, 20 Sentyabr bizə suverenliyin yalnız əldə olunan tarixi nailiyyət deyil, daim qorunmalı, möhkəmləndirilməli və gələcək nəsillərə daha güclü şəkildə ötürülməli fundamental dövlətçilik dəyəri olduğunu xatırladır.

Bu fikirlər Qarabağ Universitetinin rektoru Şahin Bayramovun Dövlət Suverenliyi Günü ilə bağlı AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

Suverenliyin bu əhəmiyyətini nəzərə aldıqda, onun yalnız siyasi və hüquqi müstəvidə deyil, dövlətin bütün inkişaf sahələri ilə sıx bağlı olduğunu görmək mümkündür. Davamlı suverenlik həm də güclü iqtisadiyyat, müasir texnologiyalar, inkişaf etmiş elm və təhsil sistemi və rəqabətqabiliyyətli insan kapitalı ilə tamamlanır. Başqa sözlə, güclü dövlət yalnız öz ərazisinə və sərhədlərinə nəzarət edən deyil, həm də öz inkişaf istiqamətlərini müstəqil müəyyənləşdirən, milli maraqlarını qoruyan və gələcəyini qurmaq üçün kifayət qədər daxili potensiala malik olan dövlətdir.

Azərbaycanın bugünkü dövlətçilik gücünün formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri qeyd edilməlidir. Ulu Öndərin zəngin dövlətçilik irsi, milli maraqlara əsaslanan siyasi kursu və müstəqil Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş strateji baxışı ölkəmizin siyasi və iqtisadi əsaslarının möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu irsin müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsi isə Azərbaycanın inkişafında ardıcıllığı və dövlətçilik ənənələrinin davamlılığını təmin edir.

Hazırda həmin siyasi kurs Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti ilə layiqli şəkildə davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və uzunmüddətli strateji məqsədlərə əsaslanan siyasətin tarixi nəticəsidir. Əldə edilmiş suverenliyin bütün sahələrdə yeni inkişaf imkanlarına çevrilməsi üçün geniş perspektivlər açılıb.

Məhz bu yeni mərhələdə suverenliyin hərbi-siyasi təminatı ilə yanaşı, onun iqtisadi, elmi, texnoloji və intellektual dayaqlarının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti getdikcə daha çox bilik, texnologiya və innovasiya imkanları ilə müəyyən olunur. Elmi bilik yaradan, qabaqcıl texnologiyalar inkişaf etdirən, innovasiyaları tətbiq edən və yüksək ixtisaslı mütəxəssislər yetişdirən ölkələr milli maraqlarını daha geniş imkanlarla qorumaq və dəyişən qlobal mühitdə müstəqil qərarlar qəbul etmək imkanlarını genişləndirirlər.

Bu baxımdan, elm və təhsil dövlət suverenliyinin uzunmüddətli möhkəmləndirilməsinin əsas dayaqlarından biridir. Buna görə də təhsilə və elmə qoyulan sərmayəni yalnız sosial və ya iqtisadi investisiya kimi deyil, həm də dövlətin gələcək gücünə və strateji müstəqilliyinə qoyulan sərmayə kimi qiymətləndirmək lazımdır. Bu prosesin mərkəzində isə insan dayanır. Suverenliyin gələcəyi, əslində, gələcəyin insanından başlayır. Savadlı, peşəkar, yaradıcı, təşəbbüskar və məsuliyyətli nəsil ölkənin inkişaf imkanlarını genişləndirir, cəmiyyətin dəyişən çağırışlara uyğunlaşma qabiliyyətini artırır. Ona görə də müasir təhsil yalnız yüksək ixtisaslı mütəxəssis hazırlamaqla kifayətlənməməli, eyni zamanda, öz ölkəsinin inkişaf perspektivlərini dərk edən, milli maraqlara həssas yanaşan, müstəqil düşünən və əldə etdiyi bilikləri cəmiyyətin və dövlətin inkişafına yönəldə bilən şəxsiyyətlər yetişdirməlidir.

İnsan kapitalının inkişafı xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış prosesində mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin öz ərazisində müasir və dayanıqlı həyat mühiti formalaşdırmaq imkanlarının bariz göstəricisidir. Burada yeni şəhərlərin salınması, nəqliyyat və sosial infrastrukturun, təhsil və səhiyyə müəssisələrinin yaradılması ilə yanaşı, həmin ərazilərin uzunmüddətli inkişafını təmin edəcək insan kapitalının formalaşdırılması da strateji vəzifədir.

Qarabağ Universitetinin Xankəndidə fəaliyyət göstərməsi də məhz bu strateji yanaşmanın mühüm tərkib hissəsidir. Universitetin əsas missiyalarından biri Qarabağın və bütövlükdə Azərbaycanın gələcək inkişafına töhfə verə biləcək yüksəkixtisaslı insan kapitalının hazırlanmasıdır. Burada formalaşdırılan akademik mühitdə tələbələrin peşə bacarıqları ilə yanaşı, araşdırma, innovasiya, təşəbbüskarlıq və analitik düşünmə qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirilir. Bununla universitet öz fəaliyyətini dövlətçilik və inkişaf məqsədləri ilə əlaqələndirir.

Bu gün qarşımızda duran əsas vəzifələrdən biri əldə olunmuş suverenliyin davamlı inkişaf üstünlüyünə çevrilməsi və onun gələcək nəsillər üçün daha möhkəm əsaslarının yaradılması işində fəal iştirak etməkdir. İnanırıq ki, Azərbaycanın gəncləri bu tarixi məsuliyyəti layiqincə daşıyacaq, əldə etdikləri bilik və bacarıqları ölkəmizin inkişafına yönəldəcək və dövlətimizin gücünün daha da artırılmasına öz töhfələrini verəcəklər. Qarabağ Universiteti də öz missiyası çərçivəsində Azərbaycanın intellektual potensialının gücləndirilməsinə, yeni nəsil mütəxəssislərin hazırlanmasına və bu yolla dövlətimizin davamlı inkişafına xidmət etməyi əsas vəzifələrindən biri hesab edir.

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edir, Azərbaycanımıza davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayırıq. Dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların qarşısında baş əyirik.

Əminik ki, güclü dövlətçilik iradəsi, milli birlik, yüksək insan kapitalı, elm və təhsilə əsaslanan inkişaf modeli Azərbaycanın suverenliyinin daha da möhkəmlənməsinin və ölkəmizin gələcək nəsillər üçün daha qüdrətli dövlət kimi inkişafının əsas dayaqlarından olacaq.

Müxbir – Tahir Ağaməmmədov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib