Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Bakı, 20 sentyabr, AZƏRTAC

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər yalnız ərazilərimizin işğaldan azad edilməsi ilə məhdudlaşmadı. Həmin müharibədə əldə olunan hərbi-strateji üstünlük sonrakı proseslərin, o cümlədən 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatmasının əsasını qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Zaur Hüseynov bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında təşəbbüsü ilk günlərdən öz əlinə aldı.

“Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində əldə etdiyimiz uğurlar nəticəsində düşmənin illərlə qurduğu müdafiə sistemini mərhələli şəkildə dağıtdıq. Ordumuz hər gün irəliləyir, yeni mövqelərə çıxır, qarşı tərəfi həm taktiki, həm də mənəvi-psixoloji baxımdan geri çəkilməyə məcbur edirdi. Ancaq bütün bu əməliyyatların zirvəsi, sözsüz ki, Şuşanın azad olunması oldu. Şuşa bizim üçün təkcə hərbi-strateji mövqe deyildi. Şuşa Azərbaycan xalqının milli yaddaşı, mədəniyyəti, qüruru və mənəvi kimliyidir. Buna görə də Şuşa uğrunda döyüş həm hərbi, həm də mənəvi baxımdan Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri idi. Eyni zamanda, Şuşanın coğrafi mövqeyi ona müstəsna strateji əhəmiyyət verirdi. Şəhərə nəzarətin əldə olunması Xankəndi istiqamətində müdafiə sisteminə ciddi təsir göstərdi, Qarabağdakı erməni hərbi qüvvələrinin Ermənistanla əsas kommunikasiya və təminat imkanlarını kəskin şəkildə məhdudlaşdırdı. Şuşanın azad edilməsindən sonra qarşı tərəf artıq döyüşün taleyinin dəyişdiyini anlayırdı. Noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat da məhz döyüş meydanında yaranmış yeni reallığın nəticəsi idi”, - deyə polkovnik-leytenant vurğulayıb.

Zaur Hüseynovun sözlərinə görə, Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyəti ayrıca qeyd edilməlidir: "Xüsusi Təyinatlı Qüvvələr ən mürəkkəb ərazilərdə, ən çətin tapşırıqların icrasında yüksək döyüş hazırlığı, çeviklik və peşəkarlıq nümayiş etdirdi. Dağlıq və meşəlik ərazilərdə, düşmənin gözləmədiyi istiqamətlərdən həyata keçirilən əməliyyatlar qarşı tərəfdə ciddi psixoloji təsir yaratmışdı. Döyüş meydanında bəzən silahın yaratdığı təsirdən daha güclü olan bir amil var – qarşı tərəfin sənin haradan və nə zaman gələcəyini bilməməsi. Xüsusi təyinatlılarımız məhz bu üstünlüyü yaratmışdılar. Artıq Azərbaycan xüsusi təyinatlısının adı qarşı tərəf üçün böyük psixoloji təzyiq amilinə çevrilmişdi".

Vətən Müharibəsi Qəhrəmanı bildirib ki, 2020-ci ildən sonra Azərbaycan əldə etdiyi hərbi üstünlüklə kifayətlənmədi, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması istiqamətində sistemli iş davam etdirildi.

“2020-ci ilin Zəfəri son nöqtə kimi qəbul edilmədi. Azərbaycan dövləti yaranmış yeni hərbi-siyasi reallığı düzgün qiymətləndirərək Ordunun gücləndirilməsini davam etdirdi. 2023-cü ilin sentyabrında yaranmış vəziyyət Azərbaycan dövlətinin öz ərazisində konstitusiya quruluşunu və suverenliyini tam təmin etməsini zəruri etmişdi. 19 sentyabr 2023-cü ildə başlanan lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə davam etdi. Bunun nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi bütün ərazidə tam bərpa edildi. Mən bu əməliyyata yalnız 19–20 sentyabrda baş vermiş ayrıca hərbi hadisə kimi baxmıram. Bu, 44 günlük Vətən müharibəsində qazandığımız hərbi üstünlüyün, sonrakı illərdə dövlətimizin həyata keçirdiyi ardıcıl siyasətin və Azərbaycan Ordusunun daha da gücləndirilməsinin məntiqi nəticəsi idi. 2020-ci ildə Azərbaycan döyüş meydanında öz gücünü göstərdi, 2023-cü ilin sentyabrında isə bu güc dövlət suverenliyinin bütün ölkə ərazisində bərqərar olunması ilə tamamlandı. Rəsmi sənədlərdə də əməliyyatın qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və dövlət suverenliyinin tam bərpası ilə nəticələndiyi qeyd olunur. Bu baxımdan 8 Noyabr – Zəfər Günü ilə 20 Sentyabr – Dövlət Suverenliyi Günü tariximizin bir-birini tamamlayan iki mühüm mərhələsidir. Bu gün Azərbaycan öz ərazisinin hər bir nöqtəsində öz dövlət iradəsini həyata keçirən, sərhədlərinə nəzarət edən, güclü Silahlı Qüvvələrə malik olan suveren dövlətdir. Həmin nəticənin arxasında illərlə aparılan dövlət quruculuğu, siyasi iradə, xalq-ordu birliyi, Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı dayanır.

Əlbəttə, bu tarixi günləri qeyd edərkən şəhidlərimizin əziz xatirəsini unuda bilmərik. Qazandığımız Zəfərin və bu gün sahib olduğumuz suverenliyin ən böyük mənəvi yükü onların fədakarlığı ilə bağlıdır. Lakin onların uğrunda can verdiyi Azərbaycan bu gün daha güclü, daha qüdrətli və öz taleyinin sahibi olan dövlətdir. Biz döyüş meydanında ərazi bütövlüyümüzü bərpa etdik, o cümlədən dövlət iradəmizlə suverenliyimiz tam təmin olundu”

Müxbir - Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub