Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
Şamaxı, 19 sentyabr, AZƏRTAC
Şamaxıda Üzüm və Şərab Festivalının ilk günü konsert proqramı ilə davam edib.
AZƏRTAC xəbər verir ki, gün ərzində müxtəlif tədbir və əyləncələrlə zəngin olan festivalın axşam proqramı konsertlərlə davam edib.
Sevilən müğənnilər Roza Zərgərli, Kazım Can, Bənövşə Allahverdiyeva və Cozef Uvezele Okpamen müxtəlif janrlarda musiqi nümunələri ilə çıxış ediblər.
Konsert proqramında Azərbaycan musiqisi ilə yanaşı, müxtəlif musiqi nümunələri də səsləndirilib. İştirakçılar musiqi sədaları altında rəqs edərək festivalın əyləncə proqramına qoşulublar.
Gecənin davamında DJ Kamonun təqdim etdiyi musiqi proqramı festival əhval-ruhiyyəsini daha da canlandırıb.
Beləliklə, Şamaxı Üzüm və Şərab Festivalının ilk günü musiqi, əyləncə və xoş ovqatla yadda qalıb. Festival sentyabrın 20-də də müxtəlif proqramlarla davam edəcək.