Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Bakı, 20 sentyabr, AZƏRTAC

Eramızdan əvvəl IV əsrdən bizim eranın VIII əsrinin əvvəlinədək mövcud olmuş Albaniya dövləti müasir Azərbaycan Respublikasının ərazisi ilə yanaşı, Qərbi Azərbaycanı (indiki Ermənistan Respublikası), Qanıx (Alazan) və Qabırrı (İori) çayları hövzələrini, Dərbənd şəhəri də daxil olmaqla cənubi Dağıstanın (Rusiya Federasiyası) bir hissəsini əhatə edib.

Alban etnosu Azərbaycan torpaqlarında mövcud olmuş Qafqaz Albaniyasında, daha sonralar isə Sacilər, Salarilər, Qaraqoyunlu və Ağqoyunlu, Səfəvilər dövlətlərinin tərkibində, tarixi alban vilayətləri olan Arsak, Sünik, Uti, Şəki, Kambisena kimi əyalətlərdə yaşayıblar.

AZƏRTAC Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda alban abidələrinin tarixi və müasir vəziyyətinə nəzər salır.

Alban irsinin Qərbi Azərbaycandakı izləri

Qafqaz Albaniyasında xristian dininin yayılması və dövlət dili kimi qəbul edilməsi eramızın I-IV əsrlərinə aiddir. İndiki Ermənistan ərazisində, o cümlədən İrəvanətrafı ərazilərdə yaşayan yerli türk boylarının bir qismi xristianlığı qəbul etdikdən sonra çox sayda məbədlər inşa etmişlər.

Tarixçi-alimlər Tofiq Nəcəfli, Rəşad Mustafa və Ramin Əlizadənin tədqiqatlarına görə, Göyçə gölünün şərqində Cil kəndi yaxınlığında erkən orta əsrlər dövrünə aid alban-qıpçaq kilsəsinin yazılı daşları ermənilər tərəfindən məhv edilib. Gölün şərqində erkən orta əsrlər dövrünə aid Nərədüz kəndi yaxınlığında böyük türk məzarlığı da bərbad vəziyyətdədir. Burada qıpçaq türk xristian boylarına aid xaç daşları ilə yanaşı, oğuz boylarının qədim tarixini sübut edən xeyli sayda xatirə daşları var.

Göyçə ərazisində alban-qıpçaq məbədləri içərisində IX-X əsrlərə aid Qızılvəng (Qızılvəng kəndi), Qamışlı (Qamışlı/Qanlı/Qanlı Allahverdi kəndi), Daşkənd (Daşkənd kəndi), Kiçik Məzrə (Bala Mərzə kəndi), Əyrivəng (Əyrivəng kəndi), Xudavəng (Yuxarı Adıyaman kəndi) və Şoqakavəng (Çoraqyuq kəndi) kilsələrini qeyd etmək olar.

Hamamlı (Əştərək) mahalında qədim kilsələrin əksəriyyəti qıpçaqəsilli xristian din xadimləri tərəfindən inşa edilib. Burada Qazax bazilikası kimi tanınan Alban-Qıpçaq məbədi qədim zamanlardan Qıpçaq boylarının bir qolu olan Qazax tayfasının yaşadığını sübut edir. Hamamlının başlıca xristian dini abidələri içərisində IV əsrdə inşa edilmiş Müqəddəs Xaç kilsəsini, VII-XIII əsrlərə aid Əştərək abidələrini, VII əsrdə Manas və Qriqori adlı qıpçaq keşişləri tərəfindən inşa edilmiş Karmvravor kilsəsini, VII əsrə aid Aruç kilsəsini, Ovanavəng kəndində V əsrə aid kilsəni, Abaran şəhərində V əsrə aid Qazax bazilikası və Aşnak kəndində V əsrə aid kilsəni qeyd etmək olar. Bu abidələrin əksəriyyətində sonradan bərpa işləri adı ilə erməni xaç daşları yerləşdirilib və yazıları silinib.

Zəngibasarın alban-qıpçaq xristian abidələri içərisində VII əsrə aid kilsəni (Şahab kəndi), X-XIII əsrlərə aid Avucdar monastırını, X-XIII əsrlərə aid kilsə və qalanı (Ursazor kəndi), XIII əsrdə inşa edilmiş Ağca monastırını (Gilanlar kəndi yaxınlığı) xüsusilə qeyd etmək olar. Sərdarabad mahalında dağıdılmış alban dini abidələri içərisində xüsusilə V əsrə aid bazilikanı və VII əsrə aid Mavi Mələklər məbədini qeyd etmək olar. Sərdərabad ərazisində də “erməni dini məbədləri” kimi qələmə verilən xritianlığaqədərki dini ibadətgahlar Albaniya əhalisinin dini dünyagörüşünü əks etdirir.

Qərbi Zəngəzurun Qarakilsə ərazisində ən qədim xristian abidəsi V əsrdə inşa edilmiş Qızılkilsə məbədidir. Ərəfsə kəndi yaxınlığında yerləşən bu məbədin bir hissəsi dağılmış vəziyyətdədir. Kilsənin yaxınlığında qədim alban məzarlığı da aşkar edilib. Lakin Ermənistan hakimiyyəti Qarakilsə rayonu ərazisindəki bir çox alban məbədi kimi Qızılkilsə məbədini də erməni abidəsi kimi təqdim edir.

Qarakilsə məbədi isə rayonun mərkəzində hündür təpənin üzərində VI-VII əsrlərdə inşa edilib. Bu məbəd boz tuf daşından tikildiyindən yağıntılı havada islandığı zaman çöl divarları qara rəngdə görünür. XIX əsrin birinci yarısında Zəngəzura köçürülmüş ermənilər uzun müddət bu məbədi Azərbaycan türkcəsində olduğu kimi “Qarakilsə” adlandırdılar. Məbədin divarında Zəngəzurun Qıpçaq türk soyundan olan hakimi Göysoylu xanın, həmçinin xristian müqəddəslərinin rəsmi və “İncil”dən dualar təsvir olunub. Ermənilər bu məbədin ön divarları üzərindəki iki pəncərəni daşla hörüb, məbədin divarı üzərində erməni dilində saxta yazılar həkk ediblər. Qarakilsə məbədinin həyətində qədim türk tayfalarının elat həyat tərzini əks etdirən daş sənduqələr, qoç daşları və Alban məzarlığı olub. Ermənilər bu abidələrin böyük bir qismini məhv edərək yerində erməni qəbiristanlığı salıblar. 1961-ci ildə Qarakilsə məbədi erməni-qriqorian kilsəsinə çevrilib. Məbədin hazırkı görünüşü erməni memarları tərəfindən saxta elementlərin daxil edilməsi ilə ciddi saxtakarlığa məruz qalıb.

Qarabağda və Şərqi Zəngəzurda xristian abidələri

Qafqazda xristianlığın rəsmi din kimi formalaşmasının tarixi Alban Apostol Kilsəsindən başlayır. Bu kilsənin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir. Təəssüf ki, 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilib, onun maddi və mənəvi irsinin bir qisminə erməni qriqoryan kilsəsi sahib çıxmağa çalışıb. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədlərinin böyük bir qismi qriqoryanlaşdırılıb, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər saxtalaşdırılıb. Xatırladaq ki, 2020-ci ildə Azərbaycan Alban-udi xristian dini icması son yüz ildə alban məbədlərinin qriqoryanlaşdırılmasının Ermənistanın dövlət siyasətinə çevrilməsi ilə bağlı Dünya Kilsələr Birliyinə müraciət də ünvanlayıb.

Bu il sentyabrın 18-də Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobili AZƏRTAC-a müsahibəsində bir daha bildirib ki, Alban kilsəsinin nə gürcü kilsəsinə, nə rus kilsəsinə, nə də erməni kilsəsinə heç bir yaxınlığı yoxdur.

Tarixi mənbələrə görə, Apostol Faddeyin tələbəsi Müqəddəs Yeliseyin I əsrdə Yerusəlimdən Albaniya ərazisinə gələrək xristianlığı təbliğ edib, alban torpaqlarında Gis (indiki Şəki rayonun Kiş kəndi) deyilən yerdə ilk xristian kilsəsinin əsasını qoyub. Şəki–Qəbələ bölgəsində yerli əhali arasında Yeliseylə bağlı rəvayətlər də mövcuddur. Onun şərəfinə Xocavənd, Tərtər, Kəlbəcər rayonlarında kilsələr, monastırlar tikilib.

Qafqaz qədim dövrlərdən bəri türk xalqlarının məskunlaşdığı ərazi olduğu üçün alban kilsələrində türk etnik komponenti hər zaman həlledici rol oynayıb. Gəncəsər, Xudavəng, Böyük Aran monastırı kimi alban kilsələrinin kitabələri bunu təsdiqləyir. Həmin kitabələrdən məlum olur ki, Qarabağın alban xristian əhalisi türk dilinin daşıyıcıları idilər və kilsə həyatında xristian qaydalarına riayət etməklə yanaşı, türk adət-ənənələrini öz məişətlərində yaşadıblar.

Qafqaz Albaniyası abidələrinin memarlıq quruluşu spesifik olub. Albaniya xristianlığın ilk yayıldığı ərazilərdən olduğu üçün burada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Orta əsrlər boyu Şimali Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağ və Zəngəzur ərazilərində də öz dövrü üçün xarakterik memarlıq üslubuna malik, spesifik quruluşuna görə fərqlənən alban xristian məbədləri, bazilikalar və sovmələr inşa edilib. Qafqaza yerləşdikləri vaxtlardan ermənilər alban abidələrinin memarlıq quruluşunda və interyerində də hər zaman dəyişikliklər etməyə can atmışlar. Onlar alban abidələrinin divarlarından qiymətli kitabələri, qeydləri, alban ənənələrini, məişətini, qədim inanclarını əks etdirən bədii ornamentləri məhv ediblər.

Otuzillik işğal dövründə Yelisey (Tərtər rayonunda), Ağoğlan (Laçın rayonunda), Xudavəng (Kəlbəcər rayonunda), Gəncəsər (Ağdərə rayonunda), Amaras (Xocavənd rayonu) monastırları və digər tarixi memarlıq abidələrində qanunsuz tikinti işləri aparılıb, onların ilkin görkəmi təhrif edilib, məbədlərin qiymətli tarixi əşyaları oğurlanaraq Ermənistana daşınıb.

İşğal dövründə ermənilər Xocavənd rayonu ərazisində Azıx mağarasını silah anbarına çevirib, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparıb, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, tarixi mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olublar. Bütün bunlar UNESCO-nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Konvensiyasının və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında 1970-ci il Konvensiyasının müddəalarının kobud şəkildə pozulması deməkdir.

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir. Həmin abidələrin qorunması və tədqiqi tarixi faktların gələcək nəsillərə obyektiv şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri bu siyasətin praktiki ifadəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb

“Ədibin Evi” qəhrəmanlıq mövzusunda milli komiks müsabiqəsinin qaliblərini elan edib

Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub

Balakəndə “Zamanın rəngləri – Zəfər” adlı sərgi açılıb

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Gəncə Dövlət Milli Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH