Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol -  ŞƏRH

Bakı, 20 sentyabr, AZƏRTAC

Suverenlik dövlətin yalnız hüquqi statusu deyil, onun öz ərazisində hakimiyyətini həyata keçirmək, qanunlarını tətbiq etmək, sərhədlərinə nəzarət etmək və milli maraqlarını müstəqil şəkildə qorumaq imkanının ifadəsidir. Azərbaycan üçün 20 Sentyabr məhz bu baxımdan xüsusi tarixi və siyasi məna daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib

O, bildirib ki, Azərbaycan xalqının dövlətçilik tarixində elə günlər var ki, onların əhəmiyyəti təqvim çərçivəsinə sığmır: “20 Sentyabr da belə tarixlərdəndir. Çünki bu gün Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının rəmzinə çevrilib.

Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi təsadüfi deyil. Sərəncamda vurğulandığı kimi, 2020-ci il Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub”.

Deputatın sözlərinə görə, bu, bir günün, bir əməliyyatın və ya yalnız hərbi qələbənin hekayəsi deyil. Bu, onilliklər boyu davam edən dövlətçilik mübarizəsinin məntiqi nəticəsidir: “1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin mühüm hissəsi işğal edildi. Azərbaycan dövləti beynəlxalq səviyyədə öz ərazi bütövlüyünü qoruyub saxlayırdı, lakin uzun illər ərzində həmin ərazilərdə dövlət hakimiyyətini faktiki həyata keçirmək mümkün deyildi. Beləliklə, mühüm bir paradoks yaranmışdı: xəritədə həmin torpaqlar Azərbaycanın ərazisi idi, beynəlxalq hüquq baxımından da belə tanınırdı, lakin dövlət öz suveren hüquqlarını həmin ərazilərdə tam reallaşdıra bilmirdi. 2020-ci il bu reallığı dəyişdirdi.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan ərazilərinin böyük hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçının qaytarılması ilə ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı. Daha sonra 2023-cü ilin sentyabr hadisələri bu prosesin son mərhələsini tamamladı. Prezidentin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamında da bu iki tarixi hadisə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasını təmin edən əsas mərhələlər kimi göstərilir”.

Jalə Əliyeva qeyd edib ki, 2023-cü il aprelin 23-də Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz sərhədlərində nəzarəti təmin etmək istiqamətində mühüm addım idi: “Çünki suverenlik yalnız siyasi bəyanatla təsdiqlənmir. Dövlət öz sərhədində nəzarət həyata keçirə bilməli, qanunlarını tətbiq etməli, təhlükəsizliyi təmin etməli və ərazisində qanunsuz silahlı strukturların fəaliyyətinə yol verməməlidir. Bu baxımdan Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması 2020-ci ildən sonra formalaşmış yeni reallığın mühüm göstəricilərindən biri idi.

2023-cü il sentyabrın 19-da Qarabağda başlanmış lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı. Rəsmi məlumatlara əsasən, əməliyyat nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Bu rəqəm – 23 saat – əslində yalnız hərbi əməliyyatın müddətini göstərir. Onun arxasında isə 30 ildən artıq davam edən siyasi, diplomatik, hərbi və hüquqi mübarizə dayanır.

Məhz buna görə 20 Sentyabrı yalnız 2023-cü ilin hadisəsi kimi qiymətləndirmək tarixi prosesin miqyasını daraltmaq olardı. Bu, Azərbaycan dövlətinin öz ərazisində konstitusion hakimiyyətini tam bərpa etdiyi tarixi mərhələdir”.

Zəfərə layiqincə qiymət vermək isə tarixə münasibət məsələsidir. Təəssüf ki, Azərbaycanın tarixi qələbələri ilə bağlı cəmiyyətdə vahid mövqenin formalaşmasına mane olan siyasi yanaşmalar hələ də mövcuddur. Hakimiyyətə siyasi münasibətlə dövlətin ərazi bütövlüyünün və suverenliyinin bərpasına münasibəti bir-birindən ayırmaq vacib şərtdir. Hər hansı siyasi qüvvənin hökuməti tənqid etməsini Azərbaycan Ordusunun qələbəsinin mahiyyətini kölgələndirən, suverenliyin bərpasını kiçildən və ya bu tarixi nəticəni daxili siyasi mübarizənin predmetinə çevirən yanaşma ilə eyniləşdirmək olmaz. Burada söhbət yalnız hakimiyyətin siyasi uğurundan getmir. Bu torpaqlar uğrunda şəhid olan insanların, qazilərin, döyüşən əsgər və zabitlərin fədakarlığından, bütövlükdə Azərbaycan dövlətinin fundamental marağından gedir. Ona görə də siyasi rəqabət nə qədər sərt olsa belə, milli tarixə münasibətdə müəyyən məsuliyyət sərhədləri olmalıdır. Hakimiyyəti tənqid etmək mümkündür və bu, siyasi plüralizmin tərkib hissəsidir. Lakin Zəfərin özünü siyasi mübahisənin predmetinə çevirmək, əldə edilmiş nəticəni kiçiltmək və tarixi reallığı müxtəlif siyasi hesablamalara uyğunlaşdırmaq cəmiyyətin milli yaddaşı baxımından zərərli elementlər olaraq qəbuledilməzdir”, - deyə deputat vurğulayıb.

Qeyd olunub ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də təsadüfi xarakter daşımırdı: “Prezidentin müvafiq Sərəncamında qeyd edilir ki, Vətən müharibəsindəki qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Bu yanaşma mühüm bir məqamı ortaya qoyur: hərbi Zəfər dövlət quruculuğunun son nöqtəsi deyil, yeni mərhələsinin başlanğıcıdır.

Suverenliyin bərpasından sonra əsas vəzifə həmin suverenliyin siyasi, hüquqi, iqtisadi və sosial baxımdan möhkəmləndirilməsidir. İşğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış, yeni infrastrukturun yaradılması, təhlükəsizliyin təmin edilməsi və həmin ərazilərin ölkənin ümumi inkişaf sisteminə inteqrasiyası bu prosesin mühüm istiqamətləridir”.

Suverenlik həm də gələcəyə məsuliyyətdir

Jalə Əliyeva əlavə edib ki, bu gün Azərbaycan artıq fərqli geosiyasi reallıq şəraitində fəaliyyət göstərir: “Ölkənin bütün ərazisində dövlət hakimiyyəti təmin olunur, Azərbaycan bayrağı bütün ərazilərdə dalğalanır və Konstitusiyanın hüquqi qüvvəsi ölkənin bütün ərazisinə şamil edilir.

Lakin suverenliyi qorumaq onu bərpa etmək qədər mühüm məsələdir. Bu baxımdan 20 Sentyabr yalnız keçmiş Zəfərin qeyd edilməsi günü deyil. Bu tarix gələcək nəsillərə dövlətçilik məsuliyyətinin ötürülməsi günüdür. Suveren dövlət olmaq öz taleyinə sahib olmaq deməkdir. Öz siyasi qərarlarını müstəqil qəbul etmək, milli maraqları qorumaq, sərhədlərinin təhlükəsizliyini təmin etmək, xalqın iradəsini dövlət institutları vasitəsilə reallaşdırmaq deməkdir. Azərbaycan xalqı bu haqqı asanlıqla əldə etməyib. Bu günün arxasında şəhid qanı, əsgər şücaəti, dövlət iradəsi, diplomatik mübarizə və xalq həmrəyliyi dayanır.

Ona görə də 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin sadəcə daha bir rəsmi tarixi deyil. Bu gün Azərbaycan dövlətinin öz ərazisi, taleyi və gələcəyi üzərində tam hakimiyyətinin rəmzidir. Bu tarix bizə bir daha göstərir: tarix yalnız qələbə qazanmaqla deyil, qazanılmış qələbəni qorumaq, onun siyasi və hüquqi nəticələrini möhkəmləndirmək və gələcək nəsillərə ötürməklə yazılır.

20 Sentyabr Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli həmrəyliyinin və suveren dövlətçilik idealının təntənəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO