Füzuli Şəhəri Günündə ustad dərsləri
Füzuli, 17 oktyabr, AZƏRTAC
Füzuli Şəhəri Günü çərçivəsində uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə azyaşlılar təsviri sənətin müxtəlif istiqamətləri üzrə praktiki məşğələlərdə iştirak ediblər.
Ustad dərsləri zamanı uşaqlar öz yaradıcılıq nümunələrini hazırlayıb, müxtəlif rəsmlər çəkiblər.
Müxbir - Aydın Yavərzadə