“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
“Bureau Veritas” tərəfindən Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos”da “ISO 9001:2015” Keyfiyyət İdarəetmə Sistemi və “ISO/IEC 27001:2022” İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə kənar audit keçirilib.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, audit nəticəsində hər iki standart üzrə heç bir uyğunsuzluq qeydə alınmayıb və “Azərkosmos”un mövcud sertifikatlarının qüvvədə saxlanılması təsdiqlənib.
“ISO 9001:2015” standartı agentlikdə keyfiyyətin sistemli idarə olunması, proseslərin davamlı təkmilləşdirilməsi və müştəri gözləntilərinin qarşılanmasına yönəlmiş idarəetmə çərçivəsini müəyyən edir. Auditin nəticələri “Azərkosmos”un fəaliyyətində keyfiyyətin idarə olunması, informasiya təhlükəsizliyi və davamlı təkmilləşdirmə prinsiplərinə sistemli yanaşmasını əks etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:46]
® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub
- 18.09.2026 [18:36]
“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb
- 18.09.2026 [18:18]