Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO
Şamaxı, 20 sentyabr, AZƏRTAC
Şamaxıda keçirilən Şərab və Üzüm Festivalı möhtəşəm konsert proqramı ilə yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində şərab və üzüm istehsalçıları, eləcə də müxtəlif müəssisələrin nümayəndələrinə sertifikatlar təqdim olunub.
Festivalın proqramı konsert və əyləncə tədbirləri ilə davam edib. İştirakçılar və tamaşaçılar üçün müxtəlif interaktiv proqramlar təşkil olunub, müsabiqə və viktorinalar keçirilib.
Gecənin konsert proqramında tanınmış müğənnilər Dilarə Kazımova, Teymur Süleymanbəyli və Zülfiyyə Xanbabayeva çıxış ediblər. DJ Kamonun təqdim etdiyi musiqi proqramı da festival iştirakçılarına xoş anlar yaşadıb.
Milli musiqinin sədaları altında qonaqlar yallı gedib, şən musiqilərin müşayiəti ilə rəqs ediblər. Musiqi, rəqs və xoş əhval-ruhiyyə festivalın son saatlarına xüsusi rəng qatıb.
Müxbir – Rəşad Türkoğlu