NATO-nun bəzi ölkələri Ukrayna üçün 100 milyard avroluq fondun yaradılmasına qarşıdır
Bakı, 30 may, AZƏRTAC
Şimali Atlantika Alyansının bəzi ölkələri Ukraynaya uzunmüddətli dəstək üçün 100 milyard avroluq fondun yaradılması ideyasını dəstəkləmir.
AZƏRTAC xəbər verir ki, Çexiyanın xarici işlər naziri Yan Lipavski bu barədə Euractiv portalına müsahibəsində deyib.
“Biz başa düşürük ki, buna çox şübhə ilə yanaşan ölkələr var”, - deyə Yan Lipavski NATO-nun Baş katibi Yens Stoltenberqin təklif etdiyi ideyanı şərh edərkən bildirib.
Onun sözlərinə görə, bəzi alyans ölkələrinin nümayəndələri açıq və ya şəxsi söhbətlərdə fondun yaradılmasının məqsədəuyğunluğuna dair şübhələrini bildiriblər.
Qeyd edək ki, aprelin 30-da Yens Stoltenberq beş il ərzində Ukraynaya hərbi yardım üçün xüsusi fondda 100 milyard avro toplamaq barədə alyans üzvlərinə rəsmi təklif göndərib. Həmin vəsait NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində alyans ölkələri liderlərinin imzalayacağı paket sazişlər çərçivəsində Kiyevə verilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]