Britaniya parlamenti seçkilər ərəfəsində işini dayandırıb
Bakı, 30 may, AZƏRTAC
Böyük Britaniya parlamenti iyulda keçiriləcək ümumi seçkilərlə əlaqədar mayın 30-da işini dayandırıb.
AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, parlamentin hər iki palatasında bütün işlər tamamlanıb. Deputat yerlərinin hamısı 2024-cü il iyulun 4-də keçiriləcək ümumi seçkilər başa çatana qədər boş qalır.
Qeyd edək ki, Britaniyada parlamentin seçkidən əvvəl buraxılması standart prosedurdur.
İyulun 9-da parlament spikerin seçilməsi və deputatların and içməsi üçün yeni tərkibdə toplanacaq. Parlamentin açılış mərasimi iyulun 17-nə təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]
Yaponiyada zəlzələ olub
- 16.06.2026 [15:09]